İsa Həbibbəyli, Nadir Məmmədli, nə etsəniz də, milli maraqlara zidd olan dəstənizə qoşulmayacağam!
 

 

Professor İdris Abbasov

Belə iştahla yedikləriniz haqları mütləq qusacaqsınız!

Siz maxinasiyalarla pul yığın, eyş-işrət qurun, kələk gəlin, mənim isə bir canım var, o da bu millət, bu xalq, bu dövlət yolunda fəda olacaq! Amma milyonunuz nə qədər çox olsa da, siz etdiyiniz cinayətlərdən yaxa qurtara bilməyəcəksiniz!
Mənim uşaqlarımın haqqını gül balalarınıza yedirib İtaliyaya, İsveçrəyə yollayın, hər ayları üçün 10 minlərlə pul göndərin, mən isə öz Vətənimdə özüm bir yana, 20 yaşlı övladımın müalicəsinə imkanım olmasın! Fəqət ALLAH məni son nəfəsimədək sizinlə mübarizə edəcək ləyaqətdən məhrum etməsin! Öldükdən sonra isə ruhum sizinlə mücadilə edəcək! Bu qədər qəddarlıq, bu qədər vicdansızlıq, bu qədər antimillilik, bu qədər dövlətə, xalqa nifrət, riyakarlıq, xəyanət olmaz! Bu dərəcədə maradyorluq etmək heç bir insanlığa sığmaz!
Bu qədər milyonları hansı yolla əldə edirsiniz, Nadir Məmmədli, İsa Həbibbəyli?! Əlbəttə, bizim kimilərin haqqını yeməklə, Azərbaycan elminin başına yekə bir daş salmaqla. Nəşrinə məsul olduğunuz saxta məqalələr yığınından ibarət o jurnallardan qan qoxusu gəlmirmi?! Ağzına gələni kopyala ver çap edim. Təki pul olsun!
İndi pullarınıza güvənib deyirsiniz ki, bütün prokurorlar, hakimlər guya sizin əlinizdədir. Deyirsiniz ki, İsa müəllim ikinci təhsillə hamısına vaxtilə hüquq diplomu verib və açar postlara yerləşdirib. Bir sözlə, imkanlarınız genişdir, əliniz uzundur, hə?!
Nə qədər dəstə, şəbəkə yaratsanız da, əlinizin altında işləyən gözükölgəli etdiyiniz işçiləri səfərbər etsəniz də, yenə də həqiqətləri gizlədə bilməyəcəksiniz və bir gün bu zülümlərinizin qarşılığını görəcəksiniz!

Demokratikmusavat.com 

0.22210383415222