Dünya çempionatlarında ən çox qol vuran futbolçuların adı açıqlanıb

 

Dünya çempionatlarının seçmə mərhələlərində ən çox qol vuran futbolçuların siyahısı yenilənib.

Demokratikmusavat.com xəbər verir ki, ilk pillədə Qvatemala yığmasının sabiq hücumçusu Karlos Ruis yer alıb.

42 yaşlı veteran oyunçu 2002-ci ildən 2018-ci ilədək 5 mundialın seçmə mərhələsində iştirak edib və 39 qola imza atıb.

Portuqaliya millisindən Kriştianu Ronaldu qollarının sayını 36-ya yüksəltməklə İran yığmasının Azərbaycan əsilli keçmiş forvardı Əli Daeiyə çatıb. 37 yaşlı oyunçu 2006, 2010, 2014, 2018 və 2022-ci ildəki dünya çempionatının seçmə matçlarında fərqlənib. Daei isə 1994, 1998, 2002 və 2006-cı illərdəki mundiallardan əvvəl rəqib qapılarına yol tapıb.

Növbəti sıralarda polşalı Robert Levandovski (30), uruqvaylı Luis Suares (29), İran yığmasının digər üzvü Kərim Bagiri və argentinalı Lionel Messi (hər ikisi 28) qərarlaşıb.

Qeyd edək ki, Kriştianu Ronaldu daha əvvəl milli komandalarda ən çox qol vuran oyunçu ünvanına sahib çıxaraq Əli Daeinin rekordunu qırıb.

0.070969104766846