Qadın basketbolçulardan ibarət millimiz yarımfinala çıxdı

 

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 1/4 final oyununa çıxıb.

Demokratikmusavat.com ” xəbər verir ki, yığma yarımfinala gedən yolda Qətər seçməsi ilə qarşılaşıb. Matça sürətli start verən Azərbaycan yekunda 21-2 hesablı asan qələbə qazanıb.

Qeyd edək ki, milli komandanın yarımfinaldakı rəqibi Özbəkistan olacaq. Avqustun 17-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 18.45-də başlayacaq.

0.05635404586792