Azər Salahlı 3 ay yaşıl meydanlardan kənarda qalacaq

 

"Neftçi"nin futbolçusu Azər Salahlı 5-ci sağ ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyat olunub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, cərrahi müdaxilə sağlamlıq sponsorunun xəstəxanalarının birində həyata keçirilib. 28 yaşlı müdafiəçi təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Azər Salahlı avqustun 11-də UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin Vyana “Rapid”i ilə Avstriyadakı cavab matçının ilk hissəsində zədələnərək əvəzlənib.

0.05374002456665