"Yuventus" "Barselona"nın hücumçusu ilə anlaşdı

 

"Yuventus" klubu "Barselona"dan ayrılacağı gözlənilən hücumçu Memfis Depayı heyətinə qatmağa yaxındır.

Demokratikmusavat.com Offsideplus.az-a istinadən xəbər verir ki, Turin təmsilçisi niderlandlı futbolçu ilə 2 illik müqavilənin şərtlərini razılaşdırıb. Bu barədə "Mundo Deportivo" məlumat yayıb. Razılaşmaya əsasən oyunçu hər mövsüm üçün 5-6 milyon avro qazanacaq. Xəbərə görə, İtaliya klubu "Barselona" ilə 1 illik sözləşməsi qalan Depayın müqaviləsinin  ləğv edilməsini gözləyir. Azad agent olan futbolçunun transferi o zaman tamamlanacaq. 

Qeyd edilir ki, Memfis Depay ilk vaxtlar "Barselona"da qalmaq istəsə də, La Liqada mövsümün ilk turunda "Rayo Vallekano" ilə oyunda baş məşqçi Xavinin ona şans verməməsi Niderland millisinin üzvünün məhz bundan sonra ayrılmaq qərarını qətiləşdirdiyi deyilir.

0.052573919296265