Ançelotti üç komandanı DÇ-2022-nin favoriti hesab edib

 

İspaniyanın "Real Madrid" klubunun baş məşqçisi Karlo Ançelotti bu il Qətərdə keçiriləcək dünya çempionatının favoritlərini açıqlayıb.

Demokratikmusavat.com xəbər verir ki, 63 yaşlı mütəxəssis Braziliya və Fransanı mundialın ən güclü komandaları adlandırıb.

İtaliyalı baş məşqçi Argentinanın da favoritlər sırasında olduğunu bildirib: "Lionel Skaloninin komandası yenidən zirvədədir. Onların Lionel Messi kimi oyunçusu var. Yığmada yenilənmə prosesinə də start verilib".

Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda keçiriləcək.

0.058521032333374