İslamiada: Azərbaycanın voleybol yığmasının yarımfinaldakı rəqibi bəlli olub

 

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının yarımfinal mərhələsindəki rəqibi bəlli olub.

Demokratikmusavat.com xəbər verir ki, yığma finala gedən yolda A qrupunu 2-ci pillədə bitirən İran seçməsi ilə qarşılaşacaq. Görüş avqustun 14-də baş tutacaq.

Qeyd edək ki, digər yarımfinal matçında Türkiyə Kamerunu sınağa çəkəcək. Final oyunu avqustun 15-də keçiriləcək.

0.10065007209778