Ramil Quliyev İslamiada rekordu ilə qalib olub - FOTO

 

Türkiyə yığmasının Azərbaycan əsilli atleti Ramil Quliyev Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qalibi olub.

Demokratikmusavat.com -ın məlumatına görə, 32 yaşlı idmançı 4X100 metr məsafəyə estafet qaçışında fərqlənib.

Quliyevin komandası bu məsafəni 38,74 saniyəyə qaçaraq, İslamiada rekordu qırıb.

Təcrübəli atlet qalib olduqdan sonra media önünə Türkiyə və Azərbaycan bayraqları ilə çıxıb.

Qeyd edək ki, Ramil Quliyev həm də 200 metr məsafəyə qaçışda 20,24 saniyə nəticə ilə gümüş medal qazanıb.

0.063933134078979