Rusiya Ukraynada müharibəni danışıqlar yolu ilə bitirmək fikrində deyil – amerikalı diplomat

 

Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsinin altıncı ayında  Rusiya müharibəni  danıqşılar yolu ilə bitirmək istəmir .

Demokratikmusavat.com ” xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild Afrika ölkələrinə səfəri zamanı Qanada deyib.

Amerikalı diplomat onu da bildiir bki,  bu gün  on milyonlarla afrikalı aclıq təhlükəsi ilə üz-üzə qalması  Ukraynaya görə deyil, Rusiyaya görədir.

“Mən bir çox Afrika liderlərinin bu müharibənin diplomatik yolla sona çatmasını istədiklərini dediklərini eşitmişəm. Fikirayrılıqlarına döyüş meydanında deyil, danışıqlar masası arxasında qərar vermək daha yaxşıdır. Təəssüf ki, biz Rusiyanın diplomatik qərar verməyə hazır olduğuna dair heç bir əlamət görmürük”, - səfir bildirib. 

Bununla belə diplomat əlavə edib ki, dialoq və danışıqlar Ukrayna xalqının müəyyən edəcəyi şərtlər əsasında aparılmalıdır.

 Mürtəza
Demokratikmusavat.com

0.15709900856018