Abid Qafarov el adamı olduğunu göstərdi

 

Bu gün Xəzər rayon məhkəməsi Bakı Birlik Təşkilatının sədri, tanınmış jurnalist Abid Qafarovun qandallanmasını gerçəkləşdirə bilməyib. Şikayətçi qazilərlə barəsində şikayət edilən şəxs anlaşdıqlarından , anlaşılmaz sifariş baş tutmayıb və şikayətçilər şikayətlərini geri götürüblər. Di gəl, məhkəmə hakimi yenə də anlaşılmaz qərarla işi Yasamal rayon məhkəməsinə göndərib. Belə görünür ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin bəzi müddəalarının anladılmasına böyük ehtiyac var.

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.2.2 maddəsində Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin ona yönəldilməsi doğrulanıb ki,  CİNAYƏT TÖRƏTMƏKDƏ TƏQSİRİ OLMAYAN HEÇ KƏSİ cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya HAKİMLƏRİN özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq , ittiham və ya məhkum etmək mümkün olmasın. Hazırkı məhkəmə işində xüsusi ittiham qaydasında şikayət araşdırıldığından hakimin  şikayəti Yasamal rayon məhkəməsinə göndərməsi özbaşınalıqdan özgə bir şey deyil. Nədən CPM-in 302.1.8 maddəsinə görə, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda məhkəmə,  məhkəmə baxışının keçirilməsindən imtina edir. Bəs niyə Xəzər rayon məhkəməsi şikayətçi Qarabağ qaziləri şikayətlərindən imtina etdikləri və təqsirləndirdikləri şəxslə barışdıqları halda , işə xitam vermək əvəzinə, Yasamal məhkəməsinə göndərilməsini qərara alıb? Özü də baxış iclasının gedişində? Onsuz da hansı məhkəməyə  (sifariş) verilməsindən asılı olmayaraq, Abid Qafarovun dediklərində heç bir böhtan və aşağılama və cinayət yoxdur! Məhkəmə hakimiyyətinin hansısa şəxsə qıraqdan sifarişlə  cinayət işi “axtarması” isə, özü cinayət məsuliyyəti yaradır.

Abid Qafarov isə gerçək EL ADAMI, HÜQUQ MÜDAFİƏÇİSİ olduğunu, QAZİLƏRDƏN-savaş adamlarından başqa şikayətçilərlə şərlənmək təklifi ilə bir daha ortaya qoyub . Sifarişçilərin şərçi axtarışına da ehtiyac yoxdur, “beş manatlıq ştatlı üzəduranlar” yetərincədir. “Sağ əli ilə verdiyi yardımı sol əlinin belə bilmədiyi” Abid Qafarov təkcə BAKI  BİRLİYİNİ deyil, AZƏRBAYCAN BİRLİYİNİ  hədəf alıb. O, bizim SÖZÜMÜZÜ deyən, HAQQIMIZI qoruyan MİLLƏT VƏKİLİdir! Mandatsız -vəsiqəsiz .

... Yasamaldan sonrakı dayanacaq hansıdır ? Bəlkə həmişə haqqın yanında olan,  şərəfi hər şeydən üstün tutan Bakı kəndlərinin birliyindən çəkinib Xəzərdən qırağa göndərilib iş? Yaşaya bilsək, görərik ...

Məğrur Bədəlsoy

Hurriyyet.az

0.15105104446411