Azərbaycan iqtisadiyyatı böyüyüb

 

2022-ci ilin yanvar-may aylarında ölkədə 50 867,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2% çox ümumi daxili məhsul istehsal olunub.

Demokratikmusavat.com xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,5%, qeyri neft-qaz sektorunda isə 11% artıb.

ÜDM istehsalının 54,7%-i sənaye, 7,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1%-i nəqliyyat və anbar təsərrüfatı, 3,8%-i tikinti, 2,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3%-i informasiya və rabitə sahələrinin, 14,5%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 5063,1 manata bərabər olub.

0.253830909729