Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı 3,9 faiz artıb

 

Cari ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 46 milyon 559 min 100 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur.

Demokratikmusavat.com ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən bildirilib.

Bu dövr ərzində diri çəkidə ət istehsalı 8 837 ton, süd istehsalı 26 950 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 6,2 faiz, süd istehsalı isə 1,4 faiz artıb.

0.090113878250122