Deputat: “Prezidentin kadr siyasəti  hədəfələrə uğurla nail olunmasına xidmət edir”

 

“Kadr siyasəti cənab Prezidentin yürütdüyü siyasətin əsas prioritetlərindən biri hesab olunur. Azərbaycanın qarşısına qoyduğu hədəflərə nail olunmasında və dövlətin uğurlu idarəedilməsində peşəkar, bacarıqlı, savadlı kadrların müstəsna rolu var.  Ona görə də cənab Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar kursunun mühüm bir istiqamətini uğurlu kadr islahatları təşkil edir”.

 Bunu “Demokratikmusavat.com ”a açıqlamasında deputat Əliabbas Salahzadə deyib.

Onun sözlərinə görə, kadr siyasəti islahatlar davamlı olaarq davam edir. “Çünki kadr siyasəti davamlı bir proses olduğundan  kadr siyasəti də buna uyğun olaraq həyata keçirilir. Cənab Prezident kadr təyinatı zamanı daha çox gənc nəslə və kadrlara üstünlük  verir.  Bu cənab Prezidentin gənc nəslə olan etimadının təzahürüdür”- o qeyd edib.
 Deputat əlavə edib ki, Azərbaycan artıq yeni inkişaf mərhələsinə qədəm qoyduğundan  dövlətin  qarşısında yeni hədəflər  durur: “Yeni hədəflər isə ənənəvi köhnəlmiş idaərəetmənin  tamamilə yeni metodologiya ilə əvəz edilməsindən keçir. O baxımdan yeni idarəetmənin tələblərinə cavab verən peşəkar, bilikli, bacarıqlı kadrlara ehtiyac duyulur. Cənab Prezident də dövrün tələbini nəzərə alaraq buna uyğun kadr  siyasətini həyata keçirir. Ümumiyyətlə cənab Prezidentin yürütdüyü kadr siyasəti çoxşaxəlidir.  

Birincisi,  yerində olmayan kadrların əvəzlənməsi… Cənab Prezident  davamlı olaraq kadr siyasəti məsələsinə toxunaraq məmurlara xəbərdarlıq edərək, onlara üzərlərinə düşən məsuliyyəti dərk edib, xalqın xidmətində durmağı tövsiyyə edir.  Bunu bacarmayanlarla isə yolunu ayıraraq vidalaşır. Bir çox hallarda isə yol verdikləri nöqsanlara  görə cəzalandırılıblar.
İkincisi, yaşlı kadrların gənclərlə əvəzlənməsi… Artıq bu istiqamətdə bir siyasi ənənə formalaşmasını müşahidə etməkdəyik.  Yaşlı çox olan kadrlar  yerlərini gənclərə verir. Hətta  çox təcrübəli. Peşəkar. Bacarıqlı dövlət məmuru öz hansı vəzifədə olmasında asılı olmayaraq  yerini gənc nəslə verir. Elə son günlərdə Milli Məclis Aparatı rəhbəri Səfa Mirzəyevin gənc  kadr Fərid Hacıyevlə əvəzlənməsini, Mərkəzi Bankın yeni Taleh Kazımovun və yaxud cənab Prezidentin rayonlara xüsusi nümayəndə təyinatına nəzər yetirmək kifayətdir.

Üçüncüsü isə peşəkar, bacarıqlı kadrların yüksək vəzifələrə təyin olunması ölkəmizdə idarəetmənin daha da təkmilləşdirilməsi məqsədi daşıyır. 

Bütün hallarda  möhtərəm Prezident  gənc nəslə geniş meydan verib. Məqsəd də gənc nəslə  dövlət idarəçiliyində meydan verməklə onlara həm təcrübə toplamlarına, həm də müasir dövrün tələblərinə uyğun olaraq əldə etdikləri bilik və bacarıqları  Azərbaycanın gələcək inişafına və qarşısında duran hədəflərə çatmasında öz töhfələrini verməsidir. Təbii olaraq ölkə başçısının dövlət idarəetmə sistemində gənc kadrların rəhbər vəzifələrə irəli çəkilməsi Azərbaycan cəmiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır, ölkənin inkişafında gənclərə inam və etibarın artmasına xidmət edir. Eyni zamanda, bu gün istər idarəetmə sahəsində, istərsə də sosial-iqtisadi, elmi-mədəni və ictimai həyatda gənc kadrların yüksək vəzifələrə təyin olunması ölkəmizin ümumi inkişafının təmin olunmasına da töhfə verir.  Ona görə də cənab Prezidentin bu siyasəti bütün dövlət strukturlarında   həyata keçirilməkdədir.  Çünki  uğurlu kadr qələbənin, uğurun əsası  deməkdir. Məhz onun yürütdüyü çoxşaxəli siyasət nəticəsində Azərbaycan təkcə bölgədə deyil, dünyada nüfuzlu və qüdrətli dövlət çevrilib, onunla hesablaşırlar. Azərbaycan belə bir uğur qazanmasında  təbii ki, kadrların da müstəsna  rolu olub. Odur ki, uğurlu kadr siyasəti gələcəkdə Azərbaycanın yeni dünya düzənində öz layilqi yerini tutması, ölkə iqtisadiyyatını daha sürətli inkişafını təmin edib, hədəflərə nail olunması, çevik dövlət idarəetmə aparatı formalaşdırmaq  baxımından çox vacibdir.Hesab edirəm ki, struktur və kadr islahatları bundan sonrada məntiqi sonluğa qədər davam edəcəkdir”.

 Mürtəza
Demokratikmusavat.com

0.23618793487549