Qalmaqallı görüntülərlə bağlı Filarmoniyadan AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası gecə klubuna çevrilib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasından Demokratikmusavat.com -ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

"Filarmoniyanın heç bir şeydən xəbəri yoxdur. Filarmoniya gecə klubuna çevrilməyib. Ola bilsin ki, həmin görüntülər Filarmoniyanlın həyətində olan restoranın qapalı məkanında çəkilib" - açıqlamada bildirilib.

Billurə Yunus

0.17186903953552