Mübariz Mənsimov yaxşı və düzgün insandırsa, niyə doğma qardaşı onu məhkəməyə verir?

 

Son günlər Palmali Şirkətlər Qrupunun sahibi, iş adamı Mübariz Mənsimov özünü "qəhrəman" kimi qələmə verməyə çalışır. Əslində Mübariz Mənsimovun bu addımını diqqəti əsas məsələdən yayındırmaq cəhdi kimi də qiymətləndirmək olar.

"Azpolitika.info" saytı Mübariz Mənsimova saxta "qəhrəman" obrazını yaratmaqda kömək edən Bakıdakı əlaltısını ifşa edən məlumatlar yayıb. Həmin məlumatda "Palmali" şefinin Bakıdakı "qara kassa"sı funksiyasını oynayan həmin şəxs Bakının "20 yanvar" metrosu yaxınlığında yerləşən "Ləvəngi" restoranını özünə ştab seçən sayt rəhbərləri ilə orada görüşür, danışıqlar aparır.

Belə ki, Azərbaycana qarşı söyüş müxalifəti ilə sıx iş birliyində olan Mübariz Mənsimov paralel olaraq bəzi saytlarla da əməkdaşlıq edib, "qəhrəman", "xeyriyyəçi" obrazını yaradaraq özünün kirli oyunlarını ört-basdır etməyə çalışır. Onun fəaliyyətindən xəbərsiz olan vətəndaşlarımız alınan pullar qarşılığında yazılan o yazıları oxuyanda Mübariz Mənsimovu xilaskar, xeyirxah, mələk simalı insan olduğunu düşünər. Zaman-zaman özünü cəmiyyətə insanlığın ən yüksək keyfiyyətlərinə malik olan bir şəxs kimi təqdim etməyə çalışan Mübariz Mənsimov artıq özünün əsl simasını gizlədə bilmir. Artıq onun kirli əməlləri bir bumeranq kimi özünə qayıdır və o, etdiyi pislikləri gizlədə bilmir.

Sifariş qarşılığında Mübariz Mənsimovu "xeyriyyəçi" kimi qələmə verməyə çalışan saytların yazılarını oxuyan zaman insanı düşündürən bir sual ortaya çıxır. Əgər sizin söylədiyiniz kimi, Mübariz Mənsimov yaxşı və düzgün insandırsa, niyə qanı qanından olan, doğma qardaşı onu məhkəməyə verir? Öz doğmasına pis olan insan yad insanlara qarşı nə qədər yaxşı ola bilər? Görünür, Mübariz Mənsimov cəmiyyətin gözünün tərəzi olduğunu və insanların pisi yaxşıdan, doğrunu yalandan ayırmağı bacardığını unudur.

Əslində Mübariz Mənsimovun verdiyi açıqlamaları oxuyan zaman onun kütləyə oynadığı və özü üçün yaratdığı obrazın saxta oludğu açıq-aydın görünür.

Məhz buna görə də Mübariz Mənsimov Azərbaycanda fəaliyyət göstərən bəzi sayt rəhbərini satın alaraq, haqqında müsbət yazılar yazdıraraq üstü açılmaqda olan kirli oyunlarını malalamağa çalışır. Amma artıq onun pulları belə, əsl simasını gizlətməkdə acizdir.

Leyla Nasir

0.19448208808899