Bakı sakini Zaur Dadaşova qarşı dələduzluq edilib

 

Gundemxeber.Az qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə onun özü məlumat verib. O bildirib ki, belə şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunmalıdır:

"2 gün öncə başıma gələnləri danışıram. Hərdən istirahət günlərində və ya işdən vaxtım olanda taksi proqramına qoşulub müştəri aparıram. Qiymət çox ucuzdur, 5-10 manat bəzi xərclərimi qarşılayır. Əlqərəz, o gün proqramı açıb gözləyirdim. Bir sifariş gəldi, Razin doğum evindən Sumqayıta. Qəbul elədim. Müştərinin nömrəsini yığdım. Bir qadın səsi idi. Dialoqumuz belə oldu.

- Alo, salam, taksidən narahat eliyirəm. Siz Razində Doğum evindəsiniz? Gözləyirsinizsə, gəlim?
- Salam. Hə... Yox... Mən indi orda deyiləm, həkimdə uşağın sənədi var. Onu ordan götürüb Sumqayıta gətirmək lazımdı. Qurban sizə, çıxa bilmirəm. Xahiş eləyirəm, onu gətirin, mən burda sizin ödənişi edəcəm.

- Yaxşı, gətirərəm.
- Mən sənədin pulunu burdan online ödəmişəm, 25 manatım çatmadı, siz ordan 25 manat verə bilərsiniz? Mən burda sizə verərəm.
Bir az fikirləşdim. İnsandı da, ola bilsin, pis vəziyyətdə qalıb, adamı yoxdu, taksiyə ağız açır. Pulu verib götürərəm, orda alaram pulumu. Hər halda mənə kağız verən adamı tanıyacam. Yaxşı, burdan verib götürəcəm, amma bir problem olmaz ki? Siz o həkimə demisiniz ki, başqası götürəcək sənədi?

- Hə, demişəm.
- Həkimin nömrəsini verim, danışın.

- Yaxşı. Otboy verib, "həkim"in nömrəsini yığıram. Açır. "Bəli, gündə iki dəfə yeməkdən sonra...” (Guya yanındakı kiməsə resept verir) Alo, salam, sizdə nəsə sənəd olmalıdı, götürüləcək? Mən Sabunçudayam, gəlirəm ora.
- Bəli. Gəlin Razindəki doğum evinə. Ancaq xanımın ödənişi qalıb, gərək onu ödəyəsiniz.

- Bilirəm, sizə verəcəm.
- Mənə verməyəcəksiniz, gərək online göndərəsiniz ki, siz gələnə qədər mən sənədi çıxardım. Duruxdum. Normalda belə şeylərə inanan deyiləm, sadəcə işin ucunda 3-5 manat qazanacığımı düşünürəm.

- Qadası, mən gətirim pulu verim sənə, özün necə istəyirsənsə, elə də. Məni dağa-daşa salma.
- Belə alınmayacaq axı, mən sənədin rüsumunu ödəməliyəm ki, çıxardım, siz gələnə qədər hazır olsun.

- Yaxşı. Hara ödənməlidi?
- Kart nömrəmi verəcəm, ödəyəcəksiniz. Kart nömrəsi olduğuna arxayınlaşdım ki, bank müştərisidi, ad-soyadı var. Problem olmaz. Normal ölkələrdə beləsini tapmaq polisin əlində iki vur ikidi. Əlqərəz, "Milliön”ə yaxınlaşıb verdiyi kart nömrəsini yığdım. 25 manatı ödəyib çeki götürdüm. Dərhal hər iki nömrə söndürüldü”.

Şikayətçi bildirib ki, onda fakt kimi ödəniş çeki və dələduzların danışıq səsləri var:

"Bu şərəfsizlər haqqında ən xırda bilgisi olan varsa, yazsın. Hər birimizin başına gələ bilər. Pulun mahiyyəti nə olursa olsun, başqalarını da aldada bilərlər. Ödədiyim kart sahibi Huseynov Abulfaz Zulfu oğlu. Nömrələr 077 595 99 86, 051 837 00 17”.

Gundemxeber.Az

0.20005893707275