Messi Pelenin rekordunu qırarkən geydiyi butsları satıb

 

Lionel Messi braziliyalı Pelenin bir klubda vurduğu qolların sayına görə rekordunu yeniləyərkən ayağında olan butsları hərrac vasitəsi ilə satıb.

Demokratikmusavat.com sherq.az-a istinadən xəbər verir ki, bu barədə "Christie's" hərrac evindən məlumat verilib.
Məlumata görə, hücumçu idman ayaqqabılarını 125 min funta satıb.

Əldə olunan məbləğ Barselona şəhərindəki Vall d`Ebron universitet xəstəxanasının səhiyyə layihəsinə yönəldilib.

Demokratikmusavat.com

0.14088201522827