AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

“Təhsil naziri elə şəxs təyin olunmalıdır ki...” – Abel Məhərrəmovla MÜSAHİBƏ

  1538

AzEdu.az “Danışır rektor” layihəsinə start verir. Layihədə Azərbaycanda fəaliyyət göstərən universitetlərin rektorları ilə müsahibələrə yer veriləcək. Layihənin ilk qonağı Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovdur.

Üç ilə yaxındır ki, Abel Məhərrəmovun mediada böyük müsahibəsinə rast gəlinmir.

 

Paralel.az rektorun geniş müsahibəsini təqdim edir.

 

- Abel müəllim, hazırda universitet auditoriyalarında dərs deyən müəllimlərin çoxu SSRİ-nin yetişdirmələridir. Müasir gənc nəsil bu cür müəllimlərə necə münasibət bəsləyir?

 

- Müasir gəncliyin sovet təhsilindən, təbii ki, xəbəri yoxdur. Bu gün dediyiniz dövrdən çox-çox fərqli zamandır. Sovet dövründə vacib olan bu gün heç yada düşmür. Məsələn, o dövrdə Lenini tanımayanı heç uşaq bağçasına da götürmürdülər.  Yəni, insanlar kiçikdən böyüyədək hamı Lenini tanıyırdı. Bu gün min nəfərdən biri onu tanımır, bunu da təbii hesab edirik. Bu gün istəsək də, istəməsək də ortayaşlı müəllimlərimizdən yuxarı hamısı sovet dövrünün yetirmələridir.

Onların öz üstünlükləri, çətin günlərdən keçən zəngin təcrübələri, nizam-intizama ciddi əməl etmək ənənələri, dözümlülükləri, iradələri var. Biz bilirik ki, zəngin təcrübəyə baxmayaraq, həmin insanlar yaşadıqları dövrün alimləri olublar, həm özləri bir auditoriya, bir müəllim, bir kitabxana görüb öyrəniblər, həm də müəllim kimi o qayda ilə fəaliyyətə öyrəşiblər. Ancaq bu gün tələblər başqadır! Tələbənin auditoriyadakı müəllimindən başqa virtual universitetləri, müəllimləri var: bu internet vasitəsilə yaranan müxtəlif məlumat mənbələridir. Kürsünün arxasında tərpənmədən dayanıb “quru” mühazirə oxuyan müəllim tələbəni qane etmir. Əlbəttə, zamanın tələblərinə uyğunlaşan, müasir interaktiv üsullarla, texniki avadanlıqlarla “silahlanaraq” dərs deyən müəllimlərimiz çoxdur, ancaq klassik “Sovet üsulu”nu unutmayanlar da var.  Nə etmək olar? Bu gün universitetdə çalışan üç min nəfərin hamısını Harvard Universitetinin məzunları ilə dəyişmək olmaz ki... 100 il ərzində yaranmış ənənələr, milli elmi məktəblər, səriştəli pedaqoqlar var. Görünür, “təhsildə inqilab etmək olmaz, hər şey təkamül yolu ilə olmalıdır”, fikri ilə razılaşmalıyıq...

 

- Müasir dövrdə yaşlı müəllimlərin cavan nəslə münasibəti necədir?

 

- Bu suala birmənalı cavab vermək olmaz.  Burada fərdi xarakterləri nəzərə almaq lazımdır. Bəzi insanlardan müasir gənclik haqqında soruşanda onları tənqid edirlər, əvvəlkilərin daha yaxşı olduğunu bildirirlər. Yəqin bilirsiniz, bizim eradan əvvəl 3350-ci ildə yazılmış "Prissanın papirusu" dünyada ən qədim kitab hesab olunur. Həmin papirusun müəllifi gəncləri əxlaqsız, tənbəl və tərbiyəsiz adlandırır, “bizim vaxtımızda belə deyildi” yazır. Gördüyünüz kimi, beş min ildən də artıq vaxt keçsə də, heç nə dəyişməyib. Bu gün də narazı adamlar var, dünən də olub, sabah da olacaq. Amma mən belə deməzdim. Mən  realist insanam.  Bu günkü gənclik heç də bizim dövrün gəncliyindən geri qalmır. Müəyyən fərqli amillərin olduğunu danmaq olmaz. Biz o vaxt müəllimin mühazirələrinə diqqətlə qulaq asıb onun ətrafında hazırlaşıb cavab verirdik. Amma bu gün internet vasitəsilə müəllimin dediyi mühazirədən daha geniş məlumatlar əldə etmək olur. O zaman bilik əldə etmək üçün yalnız müəllim və kitab var idi. İndi görün nə qədər geniş imkanlar mövcuddur. Mənə elə gəlir ki, indiki tələbələrin beyni daha sürətlə çalışır, intellektual səviyyəsi yüksəkdir, dünyagörüşü genişdir. Ola bilər ki, oxumayanı, ya başqa təsir altına düşənləri də var, ancaq bu çox az qismidir, belələri həmişə olub, həmişə də olacaq...  Mən tələbələrə tez-tez deyirəm ki, təhsil aldığınız  4-5 il sizin ömrünüzün qalan 60-70 ilini müəyyənləşdirir. Burada siz çox zəngin bir xəzinəyə düşmüş adama bənzəyirsiniz. Kim nə qədər çox bilik götürsə, yaxşı şeylər öyrənsə, o qədər zəngin bir ömür sürəcək. Biz estafeti onlara bu şərtlərlə veririk, daha çox öyrənsinlər, daha gərəkli biliklərə yiyələnsinlər, onlar da gələcək nəsillərə həmin  estafeti şərəflə ötürə bilsinlər...

 

- Abel müəllim, güclü təhsil Qarabağ probleminin həllinə necə təsir edə bilər?

 

-  Azərbaycan təhsilinin böyük tarixi var ki, bu tarixdə yüksəlişlər də, sabitlik də,  deformasiyalar da olub. Məsələn, bizim gözlərimiz önündə, ötən əsrin 80-ci illərində milli azadlıq hərəkatı başlayanda tələbələr bu hərəkata qoşuldu, ancaq dərslər qaldı, bəzən, universitetlərdə tədris prosesi həftələrlə, aylarla pozuldu. Davamı olaraq da, iqtisadi böhran müəllimləri, alimləri universitetlərdən ayırdı, onlar ya xarici ölkələrə üz tutdular, ya da on illərlə bağlandıqları peşəni dəyişdirdilər. Sualınızın  cavabında o illəri xatırladım və bir daha əmin olduğumu bildirmək istərdim ki, təhsil üçün ən münbit şərait sabit cəmiyyətdir. Böyük ehtiramla qeyd edirəm ki, həmin sabitliyi ölkəmizə ulu öndər Heydər Əliyev gətirdi. Əgər 1993-cü ildə xalqın tələbi ilə o, hakimiyyətə gəlməsəydi, sabitlik yaranmasaydı, 4-5 il ərzində baş verən hadisələr davamlı olsaydı, digər sahələri demirəm, ancaq təhsildə düzəlməz boşluqlar yaranacaqdı. Sualınıza qayıdıram, bu gün təəssüf ki, bizim xalqın Qarabağ adlı problemi var, bu da olmasaydı, daha böyük uğurlardan danışmaq olardı. Hər bir tələbənin içində bir Qarabağ nisgili var, narahatlıq var, hər qrupda qaçqın, köçkün tələbə yoldaşı var, əlbəttə, bunun təhsilə mənfi təsiri inkaredilməzdir. Mən istərdim ki, gənclərimizi narahat edən belə qlobal, milli problemlər olmasın, onlar  dərs və elm haqda düşünsünlər.

 

Aprel hadisələri vaxtı universitetin həyətində mitinq olmuşdu...

 

- Doğrudur, təxminən, 2 il bundan əvvəl Aprel hadisələrində baş verənlər, geri qaytardığımız ərazilər bütün xalqımızı, təbii ki, tələbələri də çox ruhlandırdı. Onlar universitetimizin həyətində çox böyük mitinq təşkil etdilər.  Hər bir tələbə əsgər olub bu qələbəni davam etdirmək istəyirdi. Mən onların qarşısına çıxdım, mitinqimiz çox böyük coşqu ilə keçdi, tələbələr çıxış edib qızlı-oğlanlı cəbhəyə getmək istədiyini bildirdi, əsgərlərə müraciət edildi, bəyanat qəbul olundu və s. Onda  bir daha bizim gəncliyin necə vətənpərvər, yurdsevər olduğunun şahidi olduq.

Əlbəttə, uşaqlarda vətənpərvərlik duyğularının, milli təəssübkeşliyin olması çox yaxşıdır. Digər tərəfdən,  biz istəyirik ki, gənc təhsil aldığı müddətdə ancaq elmlə, tədrislə məşğul olsun, kamil bir mütəxəssis kimi formalaşsın. Axı gəncliyin çox az bir hissəsi, hər il təxminən 15-20 faizi ali məktəblərə daxil olur. Bu 15-20 faiz gələcəyin ziyalı təbəqəsi, əgər belə demək mümkünsə, cəmiyyətin qaymağıdır. Bayaqkı fikrə qayıdıram:  onlar  əlavə qayğılardan azad olmalıdırlar ki, istədiyimiz şəxsiyyətlər formalaşsın. Heç kəsin xətrinə dəymədən vurğulayıram ki, qalan 80 faiz bu insanların yetkinləşməsinə yönəlməlidirlər. Qabaqcıl dünya təcrübəi də bunu deyir. İnkişaf etmiş ölkələrin gənclərinin vətəni qorumaq, torpaqları azad etmək, vətənindən didərgin düşmüş soydaşlarının qayğısını çəkmək problemi yoxdur.  Gördüyünüz kimi, bu gün dünya ölkələrinin reytinqi ərazisinə, əhalisinə, hərbi qüdrətinə görə yox, intellekt səviyyəsinə,  elmin, təhsilin düzgün qurulmasına, nəticədə innovativ bilgilərin tətbiqi nəticəsində iqtisadiyyatın inkişafına görə hesablanır.  

img 

- Gələn il Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunacaq. Yubiley ilə əlaqədar hansı yeniliklərin olacağı gözlənilir?

 

- Bu cavabı möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkürlə başlamaq istəyirəm. Bildiyiniz kimi, ötən ilin noyabrında ölkə başçısı 100 illik yubileyin dövlət səviyyəsində qeyd edilməsi ilə bağı tarixi bir sərəncam imzalayıb. Həmin sənəd bizim məsuliyyətimizi bir qədər də artırıb və hazırda Universitetin 100 illiyinə hərtərəfli və çoxşaxəli hazırlıq işləri gedir. Çox şadıq ki, YUNESKO da  BDU-nun 100 illik yubileyini beynəlxalq səviyyədə qeyd etmək barədə qərar qəbul edib, ondan başqa bir çox beynəlxalq qurumlarda bu yubiley qeyd ediləcək. Biz də həmin çərçivədə bəzi işlər görmüşük. Universitetin ilk rektoru Vasili İvanoviç Razumovskinin ömrünün son illərini yaşadığı Rusiyanın Yessentuki şəhərində barelyefini açmışıq, onun adına küçə verilməsinə nail olmuşuq. Bununla yanaşı, ilk azərbaycanlı rektor Tağı Şahbazinin Bakıda yaşadığı binanın önündə xatirə barelyefi qoydurmuşuq.

Yaxın günlərdə 1100 nəfərlik yataqxana tikintisinə başlanılacaq. Gənc tədqiqatçılar üçün də həmin korpusda  mənzillər tikiləcək. Texnoparkın ilkin hissəsi olaraq Yüksək Texnologiyalar Mərkəzi yaradılır. Bina artıq hazırdır, təmir işləri gedir və avadanlıqları yerləşdirməyə hazırlaşırıq. Bundan əlavə, həmin Mərkəzdə 400 kvadrat metrə yaxın ərazidə BDU-nun Tarix muzeyini yaradırıq. Muzeydə bu günə qədər universitetin yaranması, fəaliyyətində tarixi şəxslərin zəhmətindən tutmuş, ali məktəbin elm və təhsilinin inkişafında roluna qədər bütün məlumatlar əksini tapacaq. 100 illik ərəfəsində Qazax filialında yeni tədris korpusunun və yataqxana binalarının tikintisinə də başlamaq istəyirik. Kitablar hazırlanır, film çəkilir və s. Əlbəttə, yubileyə hazırlıqla bağlı görülən işlər çoxdur, hamısını bir müsahibədə demək olmur. Ancaq yubiley-hesabata hazırlıq işləri yüksək səviyyədə davam etdirilir.  Yubiley, hesabat şəklində keçiriləcək. Biz xalq qarşısında universitetin fəaliyyəti, gördüyü işlər və gələcək perspektivlər barədə hesabat verəcəyik.

 

Abel müəllim, sizin sözlərinizlə desək, Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin oğul övladıdır.Bu səbəbdən, BDU-nun yaradıcıları yubiley-hesabatda necə xatırlanacaq?

 

- Ali məktəbi 100 il bundan əvvəl yaradanların qarşıya qoyduğu ilk məqsəd Azərbaycanda savadsızlığı aradan qaldırmaq, insanları maarifləndirmək olub. Sonralar isə Universitet elm mərkəzinə çevrildi, ölkədə ziyalı təbəqəsinin formalaşmasını təmin etdi, bir çox ali məktəblərin, həmçinin AMEA-nın yaranmasında mühüm rol oynadı... Universitetlər də insan ömrü kimi həyat yaşayır. Onların uşaqlıq, gəncik, yetkinlik və müdriklik dövrü olur. Ancaq onun insandan fərqi budur ki, o, kamillik zirvəsinə çatandan sonra xalqına yüz illərlə belə xidmət göstərir. Bu gün Bakı Dövlət Universiteti öz müdriklik dövrünü yaşayır. Qaldı ki, sualınızın birbaşa cavabına, deyim ki,  BDU-nun yaranmasında tarixi xidmətləri olmuş insanlar həmişə hörmətlə xatırlanır. O dövrdə çox çətinliklə parlamentdə universitetin yaranması barədə qərar qəbul edilib. Bu zaman müxtəlif əqidəli və müxtəlif niyyətli adamlar, o cümlədən erməni qurumları, “Daşnaqsütün” partiyasının üzvləri buna qəti şəkildə etiraz etsələr də, Məhəmməd Əmin Rəsulzadə, Nəsif bəy Yusifbəyli, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev və digər tarixi şəxsiyyətlər problemin həllində çox böyük xidmətlər göstəriblər. Onların əksəriyyəti Avropanın qabaqcıl universitetlərində təhsil almış şəxslər idi və universitetin xalq üçün nə demək olduğunu yaxşı bilirdilər. Çox yaxşı bilirdilər ki, ancaq savadsızlığı aradan qaldırmaqla ölkəni xilas etmək mümkündür. Ona görə də bütün çətinliklərə sinə gərməyi bacarıblar.

 

- Bu il AzərbaycanCümhuriyyətinin də 100 illiyi qeyd olunacaq. Bu münasibətlə Bakı Dövlət Universitetinə Məhəmməd Əmin Rəsulzadənin adının qaytarılmasıyla bağlı yayılan fikirlərə münasibətiniz necədir?

 

- Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi ərəfəsindəyik. Bakı Dövlət Universiteti AXC-nin oğul övladıdır, ancaq bu ali məktəbin yaranmasında xüsusi olaraq bir şəxsiyyəti fərqləndirmək, bütün uğurları bir nəfərin adı ilə bağlamaq düzgün olmazdı. Universitetə onların hamısının adını vermək olmaz, aralarından birini seçmək isə çətindir. İkinci məsələ isə odur ki, qabaqcıl dünya təcrübəsində  universitetlərə ad verilməsi məsələsi yoxdur, biz də də buna uyğun qərar qəbul edilib. Bir məsələni də nəzərə almaq lazımdır ki, ad məsələsi hər şey demək deyil. Əgər, övlad dünyaya gəlirsə, ona hər hansı adın verilməsi böyük və ciddi bir önəm kəsb  etmir. Vacib olan onun düzgün böyüməsi, faydalı olması, cəmiyyətə ləyaqətli pay verməsidir. Bu insanların əməyini biz qoruyub saxlaya bilmişikmi? Bu gün universitet dünya müstəvisində qəbul olunurmu?  Əsas olan bu sualların cavabındadır. Biz ad hesabatını yox, yubiley hesabatı edirik ki, ortaya nələr qoyduğumuzu göstərək. 

 

Bakı Dövlət Universitetinin xalqımızın həyatındakı rolunu bir cümlə ilə dəyərləndirməli olsaydınız, nə cavab verərdiniz?

 

- Afina Universiteti yunanların, Sorbona Universiteti fransızların, Kembric Universiteti ingilislərin milli şüur, elm, maarifinin yüksəldilməsində hansı rolu oynamışdırsa,  Bakı Dövlət Universiteti də xalqımızın taleyində həmin missiyanı yerinə yetirib və bu gün şərəflə yerinə yetirir.   ABŞ prezidenti Franklin Ruzveltin sözləriylə deyilən bir maraqlı fikir də var ki, Amerika universiteləri ona görə güclü deyil ki, qüdrətli Amerika dövlətinin universitetləridir. Amerika ona görə qüdrətli dövlətdir ki, güclü universitetləri var.

 

Ümummilli lider Heydər Əliyevin  Universitetin tarixindəki rolu haqda nə demək olar?

 

- Bakı Dövlət Universitetinin hər dövründə müəyyən insanların xidmətləri olub. Mən deyərdim ki, BDU-nun dünyaşöhrətli məzunu Heydər Əliyev qədər Universitetə qayğı və diqqət göstərən ikinci adamı tapmaq mümkün deyil. O, universitetə xüsusi qayğı ilə yanaşırdı. Mən deyərdim ki, universitetin intibah mərhələsi onun adı ilə bağlıdır! Sovet dövrünün ən kritik illərində belə, o, universiteti xüsusi bir qurum kimi dəyərləndirib, burada sağlam qüvvələrin formalaşmasına, milli hisslərin inkişafına gizli də olsa, xidmət göstərib. 1960-70-ci illərdə burada  təşəkkül tapan vətənpərvər ziyalılar cəmiyyətlərini və ayrı-ayrı şəxsləri - Bəxtiyar Vahabzadəni, Gülhüseyn Hüseynoğlunu, Əbülfəz Əliyevi və onlarla başqalarını müxtəlif üsullarla repressiyadan xilas edib, sonralar həmin bazada müstəqillik uğrunda mübarizə aparmaq qüdrətimiz olub. 1969-cu ildə yenicə hakimiyyətə gələn zaman ilk aylarda Bakı Dövlət Universitetinin 50 illik yubileyini SSRİ səviyyəsində keçirib, yubiley komissiyasının sədri olub, özü də xarici qonaqların olmasına baxmayaraq, o dövrdə bütün iclasların rus dilində aparılması haqda qanunu da pozaraq iclası milli dildə aparıb. Bu, indi sadə görünə bilər, ancaq o dövrdə qeyri-mümkün bir hadisə idi, ancaq Heydər Əliyev universitetdə milli toxumlar əkmək üçün bu risqi etmişdi.  Sonralar da, bütün hakimiyyəti boyu yüksək qayğısını əsirgəmədi, BDU-nun 60 illik, ikinci hakimiyyəti dövründə 75 illik, 80 illik yubileyləri onun rəhbərliyi ilə dövlət səviyyəsində qeyd edildi, yeni fakültələr, elmi tədqiqat institutu, laboratoriyalar, nəşriyyat açıldı, yüzlərlə belə əlamətdar hadisələr baş verdi.

 

- Onun şəxsən Sizin həyatınızda nə kimi rolu olub?

 

- Mənim formalaşmağımda ümummilli liderin tarixi rolu danılmazdır. Mən 3-cü kursda oxuyanda Heydər Əliyev yeni hakimiyyətə gəlmişdi. Gəlişi ilə çoxlu dəyişikliklər edən ulu öndər, eyni zamanda, Azərbaycanda yeni bir universitet yaratdı - Heydər Əliyev universiteti. Mən də daxil olmaqla, çoxsaylı gənci SSRİ-nin aparıcı ali məktəblərinə göndərdi. Mən özümü onun yetirməsi hesab edirəm. Moskva Dövlət Universitetində oxuyanda həmişə gəlib bizlə görüşər, problemlərimizlə maraqlanardı. Mənim həyatımda o mühüm hadisənin çox böyük rolu olmuşdur. Sonralar onun hər bir Azərbaycan ziyalısının hiss etdiyi qayğılarını dəfələrlə görmüşəm. 1999-cu ildə isə mənə onunla ilk dəfə bir saata yaxın söhbət etmək nəsib olub. Bu insanın yüksək intellekti, sirayətedici nüfuzu, dərin və mənalı baxışları məni valeh etdi. Məni universitetə rektor göndərmək üçün dəvət etmişdi, həmin görüşdə BDU-ya nə qədər yaxından bələd olmasına heyrət etdim. Mən tələbəlikdən burada müxtəlif vəzifələrdə olmuş bir adam kimi özümü Universiteti, onun əməkdaşlarını yaxından tanıyan hesab edirdim, ancaq Heydər Əliyevin verdiyi suallar, səsləndirdiyi fikirlər məndə özümə şübhə hissi yaratdı, görəsən BDU-da mən 30 il işləmişəm, yoxsa ulu öndər? Təəccübləndim ki, dünyanın yüzlərlə məhşur siyasətçisi ilə görüşən, nə qədər keşməkeşli ömür yaşayan, minlərlə tarixi hadisələrin şahidi olan bu nəhəng insan Universiteti necə də yaxından tanıyır?!

 

Maraqlıdır, bəzən, digər universitetlər barədə yayılan vacib xəbərlər belə marağı cəlb etmədiyi halda, BDU-da baş verən ən xırda hadisə də gündəm yaradır. Bunun səbəbini nədə görürsünüz?

 

- Hər şeydən əlavə, Bakı Dövlət Universiteti Azərbaycanın ilk ali təhsil ocağıdır, tələbə və müəllimlərin sayı çoxdur. Məscidə gedərkən öncə onun qülləsinə, dağa gedərkən zirvəsinə baxırlar.  BDU da elm və  təhsil zirvəsində olduğuna görə hamının diqqətini tez cəlb edir.

 

- Cəmiyyətdə və mediada sizin təhsil naziri vəzifəsinə təyin olunacağınız barədə tez-tez məlumatlar yayılır. Ümumiyyətlə, Azərbaycan Respublikasının Təhsil Naziri olmaq barədə düşünmüsünüzmü?

 

- O adam xoşbəxtdir ki, o vəzifəni yox, vəzifə onu tapır. Əgər insan vəzifə axtarırsa, deməli, o bunun məsuliyyətini dərk etmir. Təhsil çox məsuliyyətli sahədir. Təhsil naziri elə şəxs təyin olunmalıdır ki, məsuliyyəti çiyinlərinə götürə bilsin. Mən qətiyyən belə bir şey haqqında fikirləşmirəm. 

 

-Abel müəllim, uzun müddətdir ki, mediaya müsahibə vermirsiniz. Bunun səbəbi nədir?

 

- Müsahibəni sizin sayta saxlamışdım (gülür).

Xəbər Lenti

Honq Konqda etirazlar səngimir: gözyaşardıcı qazdan istifadə olundu

Toy karvanında qəza, bəylə gəlin yaralandı

"Qeyrətsiz qadının başı kəsilməlidir" - Nadir Qafarzadə

Türkiyə İraqda "Pəncə- 3" əməliyyatına başladı

Latın Amerikası ölkələri tüstüdən boğulur

Tokioda Yaponiyanın ən hündür göydələni inşa olunacaq

Rusiya sualtı qayıqlardan ballistik raketlər buraxıb

Sonuncu İran şahının gözqamaşdırıcı avtomobil kolleksiyası - FOTOlar

Ruhani İran rialından dörd sıfrı silmək istəyir

Əsəd Putin və Ərdoğanı ayıra bilməyəcək - Ekspert

Avropa dəhşətli müharibə meydanına çevrilir - ŞOK SƏNƏD

Türkiyə Osmanlı xəyallarını kənara qoysun - Suriyalı deputat

Kişinin beynindən qurd çıxardılar

Trampdan şok: Bizə Çin lazım deyil!

Mən yaşadıqca Xəzərin bir damcısını da ala bilməzsiz! - Zərif

Ən çox qazanan aktrisalar açıqlandı

Tramp baş nazirlə razılaşdı: Qrenlandiya...

G7 sammiti işə başlayır: təhlükəsizlik tədbirləri gücləndirildi

Dünya üçün bəlaya çevrilir - Bu xəstəlikdən ilk ölüm qeydə alındı

Bizim “Cəbiş müəllim”! - Həkimlik oxudu, aktyor oldu

1500 illik Tövrat əl yazması ələ keçirildi - FOTOlar

Azərbaycanlı tələbə suda boğuldu - Gürcüstanda

Bakıda xüsusi əməliyyat - "Bibixanım" ləqəbli narkotacir ələ keçdi - FOTO

Türkə ərə gedən azərbaycanlı şairə hamilədir - FOTO

Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI

ABŞ yenə sanksiyalarla hədələdi

Dünya çempionatı: Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşdi

"Neftçi"nin məşqçisi medalla təltif olundu

Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib

“Linfild”in matçı təxirə salındı - “Qarabağ”la oyuna görə

Qadın əri çox yaxşı olduğu üçün ondan boşanmaq istəyir

Ölkəyə qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlandı

"Paşinyan hər dəfə Qarabağa gələndə özümü alçalmış hiss edirəm" - Rasim Balayev

Dünya futbolunda yeni rekord qeydə alınıb, Mbappe buna kölgə salıb

Brendləri “ağlar qoyan” məşhurlarımız - FOTO

Ronaldo bu şəhərdə yeddi mərtəbəli bina aldı

Rusiyanın göndərdiyi gəmi kosmosa enə bilməyib

Əli Əhmədov: "Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görür"

"Həci"nin Şəbnəm Tovuzlu üçün tikdirdiyi 5 mərtəbəli binada fəhlələr təhlükədədir - VİDEO

Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

Füzuli və Cəbrayıl rayonlarını ermənilərə onlar peşkəş etdilər

Yaponiyada zəlzələ - 5,5 bal

Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək

ABŞ və Rusiyadan qarşılıqlı ittihamlar - BMT Təhlükəsizlik Şurasının iclasında

“Kişilər qadınlarla üç şeyi edə bilər” - Oksana Rəsulova

Bu gün İtaliya A seriyası başlayır

Əfqanıstanda FACİƏ: 6 ölü

"Barselona" "Yuventus"dan futbolçu alır - 60 milyon avro

Qonşu ölkədə meyvə-tərəvəzin qiyməti qalxıb

Bakıda iki nəfər 18 manata görə bir nəfəri döydü - Polis isə...

Fuad Poladovun ailəsindən xoş xəbər

Məşhur rus futbolçusunda xərçəng aşkarlandı

Kişi aldığı qarpız yaxşı çıxmadı deyə satıcını bıçaqladı - FOTO

Azərbaycan Premyer Liqasında 2-ci tur başlayır - "Sumqayıt" "Səbail"ə qarşı

“Bir az da yaşasam, öləndə ağlayanım olmayacaq” - Fikrət Qoca

Braziliyanın dövlət başçısı Makronun bu çıxışına əsəbiləşdi

UEFA "Qarabağ"ı 20 min avro cərimələdi

"Borussiya"dan səfərdə inamlı qələbə - VİDEO

Emine Bulutu vəhşicəsinə qətlə yetirən keçmiş ərini məhbuslar ölümcül döydülər - VİDEO

"Bavariya"nın futbolçusu Fransa klubunda

"Beşiktaş"dan üç cavabsız qol - VİDEO - FOTO

Voleybol millimiz Avropa çempionatına qələbə ilə başladı

“Qarabağ” – “Linfild” matçı rusiyalı hakimlərə tapşırıldı

Moskva aeroportlarında 40-dan çox reys təxirə salındı

Məşhur aktyor futbol klubunun səhmdarı oldu

Dünyanın ən varlı insanlarından biri vəfat etdi

Məşhur aktyor vəfat etdi

İnamı satışa çıxarıb qanunu heçə sayan İuda

"Fərda, Elməddin, Müşviq meymunluğu sənətlə səhv salıblar" - Rasim Balayev

Ərdoğan Tramp ilə Suriyanın şimalındakı vəziyyəti müzakirə etmək niyyətindədir

Tunisdə prezidentliyə namizəd olan şəxs korrupsiyaya görə saxlanılıb

Qəbələdə 4 otaqlı ev yanıb

Türkiyədə baş verən qəzada iki nəfər ölüb

Göygöldə 6 ton ot bağlaması yanıb

Tramp Çindən gələn mallara olan rüsumları qaldırıb

Xaçmazda ev yanıb

ABŞ-da 200-ə yaxın insan elektron siqaret çəkməsinə görə xəstələnib

KXDR daha bir raket buraxılışını həyata keçirib

Xəzərdə zəlzələ olub

Günün qoroskopu: yaşamınızda taleyüklü dəyişikliklər başlanır

Nüvə silahına sahib OLAN ÖLKƏLƏR - QORXUNC RƏQƏMLƏR - FOTO

Gürcüstanda 50-dən çox tikinti şirkətinin fəaliyyəti dayandırılıb

Abdurrahman Siler məhv edilib

Qara dənizin Gürcüstan sahillərində yenidən qırmızı fənərlər yandırılıb

Bakıda ilk dəfə 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatı keçiriləcək

Xaricdə özünü səfir kimi görən azərbaycanlı - FOTO

Avtomobil bazarında qiymətləri kim qaldırır?

Paşinyandan Rusiyaya növbəti zərbə

"İnterpol" Vaqif Kərimovu axtarır

Müəllimlik praktik peşəyə çevrilir

10 yaşlı uşağı it dişlədi

8 min manata yaxın pul və qızıl əşyalar oğurladı, ələ keçdi

Putin və Ərdoğan arasında danışıqlar keçiriləcək

Məscidə Məhəmməd peyğəmbərin adı verildi

İsmayıllı sakinindən "İJ" markalı silah götürülüb

Azərbaycanda toyda bıçaqlanma

Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat aldı

Arvadını öldürüb, hissələrə ayırdı, ət maşınından çəkib, zibilliyə tulladı

Evdən 14 500 manat oğurlanıb

Bakıda qayınanasını döyən kürəkən saxlanıldı

Nigeriyada mikroavtobusla yük maşını toqquşdu - 17 ölü

Müdafiə Nazirliyi: "Yalandır..."

Sevda boşandığı ərinin qadağalarından danışdı

"Qadın salonlarında işləyənlərin 90%-i məlum məsələdir" - Gülay Zeynallının həyat yoldaşından təhqir

Mərdəkanda cinayət: 46 yaşlı ər 70 yaşlı arvadını qısqandı, ev sahibini öldürdü

Bakıda gecə klubunda əylənən ərəb fantastik hesab ödədi - ŞOK MƏBLƏĞ - FOTO

Xəfiyyələr Maykl Ceksonla bağlı bunları ilk dəfə ÜZƏ ÇIXARDI - Şok faktlar

Azərbaycanda bu məhsulların QİYMƏTLƏRİ ucuzlaşdı - SİYAHI

"Sabah" Ozan Can Kökçü transferini açıqladı

Rusiyada kəskin istilərlə bağlı xəbərdarlıq edildi

Döyüşdən sonra ölən boksçu qızıl medala layiq görüldü

Smartfona görə anasını öldürən oğula 17 illik həbs

İsveçrə şirkətləri Azərbaycana gəlir - SƏBƏB

İndoneziyada bərə yandı - Onlarla sərnişin itkin düşdü

"Google" Honkonq görüntülərini yayan 210 kanalı "YouTube"dan silib

Həzrəti Süleymanın “qızı” həbs edildi - “Qanım şəfalıdır” deyib insanlara içirdib

“Dünyada insanlar istidən əvvəl susuzluqdan qırılacaq”

YAP-da müşavirə keçirilib - FOTO

Məşqdə ölən Xalq artistlərimiz - ARAŞDIRMA

Həbib Nurmaqomedov Dastin Poryeyə qarşı - Hazırlıq yekunlaşır...

Almaniyada kibertəhlükəsizlik tədbirləri sərtləşdirilir