Bakıda dələduzluq yolu ilə 27 min avro alan şəxs tutulub

 

Bakıda dələduzluq yolu ilə böyük məbləğdə pul alan şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Demokratikmusavat.com-a verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində F.Hüseynovun 27.200 avro pulunu dələduzluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini T.Rəhimov saxlanılıb.

Demokratikmusavat.com

0.17788505554199