Bundesliqa klubunda yeni müqavilə

 

Almaniyanın "Leypsiq" klubu futbolçusu Emil Forsberqlə yeni müqavilə imzalayıb.

Demokratikmusavat.com matc.az-a istinadən bildirir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İsveçli yarımmüdafiəçi ilə müqavilənin müddəti 2025-ci ilin iyununa kimi artırılıb.
 
Qeyd edək ki, Forsberq 2015-ci ildən Bundesliqa təmsilçisində oynayır. 29 yaşlı oyunçu indiyə kimi meydana çıxdığı 211 matçda 47 qol vurub, 56 məhsuldar ötürmə müəllifi olub.

Demokratikmusavat.com

0.14361786842346