AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Bakı Nəqliyyat Agentliyinin tender talanları: - Büdcə pulları kimlərin cibinə axır?

  180

  Azərbaycanda dövlətdən maliyyələşən təşkilatların sifarişçi olduqları satınalmalarda qalib olan şirkətlərin böyük əksəriyyəti ilə maxinasiyalar etməsi, qanun pozması barədə çox yazılıb. Tenderlərdə qalib olan şirkətlər barədə səthi aparılan araşdırmalar da, yazılanların böyük əksəriyyətinin həqiqət olduğunu açıq-aşkar göstərir. Bu yazıda cumhuriyyet.az-ın araşdırmasına görə bu cür şübhəli tenderlərdən birinə də Bakı Nəqliyyat Agentliyi “imza” atıb.


Məmur oğlu ilə müəmmalı tender

PİA.az cumhuriyyet.az saytına istinadən xəbər verir ki, ötən ilin iyul ayının 9-da Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən satınalmanın qalibi olan “Alpina Parking Consulting” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yüksək vəzifəli məmurun övladına məxsusdur.

“Alpina Parking Consulting” MMC-nin qalib olduğu satınalmanın məbləği 2 milyon 124 min manat təşkil edir.

Şirkət Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə audit xidmətini həyata keçirəcək.

“Alpina Parking Consulting” MMC 14.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 18A, qanuni təmsilçisi Əhmədzadə Sənan Rafiq oğludur. Bununla bağlı cumhuriyyet.az-ın əldə etdiyi məlumata görə, 1992-ci il təvəllüdlü Əhmədzadə Sənan adi şirkət sahiblərindən sayılmır. Belə ki, Əhmədzadə Sənanın atası Rafik Əhmədov Nazirlər Kabineti Aparatının Beynəlxalq kredit və yardımlar üzrə şöbəsi müdirinin müavini vəzifəsində çalışır.

İlginc məqam budur ki, BNA-nın keçiridyi sözügedən tender “Dövlət Satınalmaları Haqqında” Qanuna görə keçirilə bilməz. Buna səbəb isə Qanunun 13.1 maddəsinin tələblərinin pozulmasıdır. Belə ki, Dövlət Satınalmaları Haqqında” Qanunun 13.1-ci maddəsinə görə Satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığı olan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindən keçirilən satınalma prosedurlarında iştirakına yol verilmir. Məlum olduğu kimi, burada isə sifarişçi təşkilat olan Bakı Nəqliyyat Agentliyi qalib elan edilən təşkilatın qanuni təmsilçisinin atasının yüksək vəzifə tutduğu Nazirlər Kabinetinə tabeli qurumdur. Digər maraqlı məqam isə keçirilən tenderdə Maliyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələrinin yuxarıda qeyd olunan məqama diqqət etməmələridir. Qanunvericiliyə görə tender predmeti bir milyon manatdan artıq olduqda Maliyyə və İqtisadiyyat nazirliklərinin nümayəndələri tender komissiyasının tərkibinə mütləq daxil edilməlidir.

Heç yerdə adı olmayan şirkətə milyonlar hədiyyə edilir

Ötən il Bakı Nəqliyyat Agentliyi marşrut xətlərinin planlaşdırılması, qrafik üzrə idarə olunması üçün proqram təminatının alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub. Bununla bağlı cumhuriyyet.az xəbər verir ki, dəyəri 3 milyon 498 min manat olan tenderin qalibi “Aris” MMC olub.

Tenderin şərtlərində bildirilir ki, şirkət proqram təminatının öyrədilməsi üzrə təlim, Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatı (lisenziya), Bakı şəhərində fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatının quraşdırılması və sazlanması, təqdim olunan struktur məlumatlarının emal olunaraq sistemə inteqrasiya olunmasını həyata keçirəcək.

“Aris” MMC ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, əsasən suvarma sistemləri sahəsində ixtisaslaşan şirkət 19.03.2018 tarixində yaradılıb. Nizamnamə kapitalı 100 manat olan şirkətin qanuni təmsilçisi Ruslan Haqverdiyev Rüstəm oğludur.

Qeyd edək ki, “Aris” MMC təkcə bu il nəqliyyat sektorunda keçirilən 4 tenderin qalibi olub. Belə ki, Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi”nin “Telefoniya sistemi üçün avadanlıqlar, quraşdırılması və sazlama işləri” (41844.57 AZN) BNA-nın “İnformasiya və kommunikasiya texnologiyaları üzrə 12 (on iki) aylıq texniki xidmət (828360 AZN). Və “Bakubus” MMC-nin İnformasiya Texnologiyaları sahəsi üçün texniki dəstək xidmətlərinin satınalınması (220248.89 AZN) üzrə keçirilən tenderlərin qalibi olub… Şirkət başqa dövlət qurumlarının keçirdiyi satınalmaların qalibi olmayıb.

Yenə “ARİS” MMC, yenə qanunsuzluq

Bakı Nəqliyyat Agentliyi “ARİS” MMC ilə maliyyə dəyəri 3 milyon 498 min 316.5 AZN olan müqavilə imzalayıb. Bunla bağlı cumhuriyyet.az bildirir ki, müqaviləyə əsasən şirkət Bakıda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələrinin marşrut xətlərinin planlaşdırılması və qrafiklər üzrə idarə olunması üçün ümumi proqram təminatını, iş və xidmətləri həyata keçirməli və bununla əlaqədar BNA-nı müvafiq mallarla təmin etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında qeyd edilir ki, “ARİS” MMC 19 mart 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayanu, Hüseyn Cavid pr, ev 87A, m 757-də yerləşir. Şirkətin qanuni təmsilçisi isə Haqverdiyev Ruslan Rüstəm oğludur.

Onunla bağlı açıq mənbələrdə heç bir məlumat yoxdur. “ARİS” MMC isə BNA-nın şübhəli tenderlərində iştirak edən şirkət kimi tanınır. Məsələ burasındadır ki, BNA bu ilin avqust ayında MMC ilə 828 min 360 AZN dəyərində müqavilə imzalayıb. Müqavilədə “ARİS” MMC-nin “İnformasiya və kommunikasiya texnologiyaları üzrə 12 (on iki) aylıq texniki xidmət” həyata keçirməsi nəzərdə tutulub.

Mediada yayılan məlumatlara görə, “ARİS” MMC daha əvvəl də BNA-nın keçirdiyi tender müsabiqəsində qalib olub. Bu ilin fevralında qurum şirkətlə 220 min 248.89 AZN dəyərində müqavilə imzalayıb. “ARİS” MMC BNA üçün “Personal kompyuter, server, şəbəkə, telefoniya infrastrukturu və avtobuslarda ödəniş sistemlərinin yenidənqurulması və aylıq texniki xidmətləri” göstərib.

2019-cu ildə isə BNA ilə ARİS MMC arasında 2 müqavilə imzalanıb. İddialara görə, hər iki müqavilə satınalma proseduru keçirilmədən “ARIS” MMC-yə verilib. Maliyyə dəyəri 1 milyon 201.8 AZN olan birinci müqavilədə foto və video qeydiyyatı aparan xüsusi aşkarlama cihazlarının satın alınması və quraşdırılması nəzərdə tutulur. İkinci müqavilə isə şirkətin BNA-nı bu sistemin fəaliyyətini təmin etmək üçün serverlər və informasiya texnologiyaları avandanlıqları ilə təmin etməsi ilə bağlıdır. Müqavilənin maliyyə dəyəri 1 milyon 595.4 min AZN olub.

Göründüyü kimi BNA “ARİS”ə vaxtaşırı müraciət edir. Bu da tenderlərin şəffaf keçirildiyinə şübhələri artırır. Digər tərəfdən, mediada gedən məlumatlara görə, “ARİS” MMC-nin dövlət büdcəsinə 68 min 836.62 manat vergi borcu var. “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsi vergi borcu olan şirkətlərin tenderdə iştirakını qadağan edir.

Məsələ ilə əlaqədar BNA-dan münasibət öyrənməyə çalışsaq da, qarşı tərəf mövqe bildirməyib. (cumhuriyyet.az)
 

Xəbər Lenti

Yaponiyada "Britaniya" ştammı yayılıb

Bundesliqa təmsilçisi baş məşqçisini qovdu

Gəncədə qadın bıçaq xəsarəti alıb

Dünyada son 7 həftədə ilk dəfə koronavirus infeksiyasında artım qeydə alınıb

Türkiyədə son sutkada koronavirusdan 5 947 nəfər sağalıb

Bakıda yanğın: 4 nəfər xilas edilib

“Krotone” baş məşqçisi ilə vidalaşıb

Kuman gedir, Arteta gəlir?

Düşmən ya ağlını başına yığacaq, ya da Azərbaycan Ordusu...

Günün qoroskopu: Maliyyə məsələləri ilə bağlı problemlər yarana bilər

Murov dağında şəhidlik zirvəsinə ucalan 18 yaşlı qəhrəman - FOTO

Şəhid anası: Onlar elə bir zirvədədirlər ki, hər birimiz o zirvəyə həsrətlə baxırıq - VİDEO - FOTO

2010-cu ilə qədər bu universitetə qəbul olanların diplomu tanınmır - RƏSMİ

Türkiyənin bəzi vilayətlərində komendant saatı ləğv olunub

Ərzaq sürətlə bahalaşır: əziyyət çəkəcək ölkələr...

Çin KİV-ləri Azərbaycan Prezidentinin vaksin məsələsi barədə fikirlərindən yazıb - FOTO

Murmansk şəhərində Xocalı soyqırımı qurbanları yad edilib - FOTO

"Barselona" Qrizmannı hansı məbləğə satır?

Özbəkistanda koronavirusa qarşı ilk peyvənd qeydə alınıb

İctimai iaşə müəssisələrində ən çox aşkar olunan nöqsanlar hansılardır? - RƏSMİ

Xosep Bartomeunun saxlanılmasın şərh etdi - Joan Laporta

Prezidentin mətbuat konfransı Azərbaycanın informasiya müharibəsində növbəti böyük qələbəsidir - Deputat

BMT və Azərbaycan Hökuməti arasında əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb

ÜST dünya əhalisinin 10 faizində koronavirusa qarşı antikorların olduğunu elan etdi

Azərbaycandan ixrac sifarişi alan əsas məhsullar bunlar olub

"YAŞAT" Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib - FOTO

Azərbaycan Prezidenti Ermənistanın yenidən silahlanmaq xülyasını məhv etdi

21 müəssisədə qayda pozuntusu aşkarlandı

Heyvanların identifikasiyası aparılır

Azərbaycanın ixrac etdiyi peyk xidmətinin həcmi açıqlanıb

Azərbaycanda ən populyar sosial şəbəkə hansıdır? - Reytinq

Almaniyada Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı maraqlı flaşmob təşkil edilib - FOTO

Zakir Həsənov Andrey Ravkov ilə görüşüb

Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi artıb

Afrikada koronavirusdan ölənlərin sayı 104 minə yaxınlaşır

“Journal General de l'Europe”: Azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər

Serialdan uzaqlaşdırıldığı üçün xəstəxanaya düşüb

"Barselona"nın keçmiş prezidenti saxlanıldı

İbrahimoviç bu oyunu buraxa bilər

Bakıda 22 yaşlı oğlan qətlə yetirilib

İranda koronavirusdan gündəlik ölüm sayı artıb

"Xocalı soyqırımı ilə Sumqayıt hadisələrinin ermənilər tərəfindən eyniləşdirilməsi absurddur"

Sumqayıt hadisələrinin əsas motivi "Böyük Ermənistan" yaratmaq idi - Tarixçi alim

Meymunlar avtomobil yolunu bağladılar - VİDEO

Linqardın satış qiyməti müəyyənləşdi

NASA astronavtları kosmos gəzintisinə çıxdılar -VİDEO

Xocalı soyqırımı XX əsrin faciəsidir - Monteneqro və Bosniya mediası - FOTO

"Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur"

Xaricilərin Azərbaycanda xərclədiyi pulların həcmi açıqlanıb

Hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik - Sahil Babayev

Çinin hazırkı çempionu fəaliyyətini dayandırdı

"Özümü Aygün Kazımovaya oxşatmaq istəyirəm"

Soyqırım günahkarları mühakimə edilənə xocalıların yaraları sağalmaz - Estoniyalı yazıçı

Sevgilisi ulduz futbolçunu tərk etdi - Kompüter oyununa görə

""Real" kritik anlarda necə qalib gələcəyini bilir"

Türkiyəyə daxil olmaq istəyən 5 PKK-çı saxlanıldı

Alkoqollu vəkil polisi döydü -VİDEO

Ermənistandakı böhran Azərbaycan üçün daha bir ŞANS YARADIR...

Şəki Apellyasiya Məhkəməsinin 3 hakiminə töhmət elan edildi

Minaatan batareyalarımız döyüş atışlı təlimdə - VİDEO

"Dövlət başçısı mətbuat konfransında regionun gələcəyi üçün mühüm mesajlar verdi" - Deputat

İstanbulda fabrikdə partlayış: yaralılar var - VİDEO

Döyüşərək aldığı düşmən postuna qazi kimi döndü -VİDEO

Rusiyada yanğın: 3 nəfər öldü

Qarabağda döyüşlər yenidən başlaya bilər? - Sabiq briqada komandiri danışdı

Əsas odur ki, həqiqət bərpa olunub - Peskov Paşinyanın etirafı barədə

Kənd təsərrüfatında işləyənlərə əmək stajı hesablanacaq - VİDEO

Bakıda iki yük avtomobili toqquşdu - Sürücü sıxılaraq maşında qaldı

Müəllim rəfiqəsi ilə birlikdə oğlan şagirdini zorlayıb - FOTO

"Kameranı evin içinə salıb, vanna otağına qədər göstərirlər"

"Şəhid ailələri və qazilərə qayğı dövlətin prioritet vəzifəsidir" - Deputat

Brokonyerlər maralı boğaraq öldürdülər -VİDEO

Evindən külli miqdarda narkotik və silah çıxdı - FOTO - VİDEO

Qarabağa qayıdışla bağlı onlayn sorğu keçirilir - VİDEO

Moped sürənlərin nəzərinə: bunları etsəniz, cərimələnəcəksiniz - VİDEO

Müzəffər ən böyük arzusuna çatdı - VİDEO

Ermənistan TŞ prezidenti Baş Qərargah rəisini istefaya göndərməyə çağırdı

Publika.az-ın 9 yaşı tamam olur

AZƏRTAC-ın 101 yaşı tamam olur

Ata oğlunun başını kəsdi - Qeyri-adi səbəb - FOTO

"Yuventus"un gözü PSJ-nin yarımmüdafiəçisində

Laçın aeroportu Azərbaycanda ən hündürdə yerləşən hava limanı olacaq - VİDEO

Səmranın yeni klipi müzakirələrə səbəb oldu - FOTO

"Manaf Ağayev bank borcumu ödəməyib" - Günel

Ankarada Azərbaycan-Türkiyə Mədəniyyət üzrə Birgə Komissiyanın iclası keçirilib - FOTO

28 yaşlı müəllim koronavirusdan öldü - FOTO

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Suraxanı” gəmi-muzeyinin açılışında iştirak ediblər

Simeone rekordu təkrarladı

Daha bir Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu alıb

Ermənistanda koronavirusla bağlı son vəziyyət

ABŞ-da bəzi məhdudiyyətlər ləğv olunur - VİDEO

"Vaksinasiya xaricə getmək istəyənlər üçün də mühüm məsələyə çevrilib"

"Liverpul"dan qələbə

"Azərbaycan İran üçün çox önəmli ölkədir" - Nazir müavini

Bu gün Paşinyan əsl simasını göstərəcək

"Milan" "Roma"ya qalib gəldi

Qubadlıda polis postları - FOTO

Qarabağdakı müharibənin gedişində ağır yaralanan Cəlal Arutyunyan danışıb

Bakı, Ankara və Aşqabad İpək Yolunun yeni sərhədləri müəyyənləşir - TÜRKİYƏDƏN BAXIŞ

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlandı

"Atletiko" səfərdə sevindi

"YAŞAT" Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi - FOTO

Pandemiyanın maşın bazarına təsiri - VİDEO

Aygün Kazımova yeni görünüşdə - FOTO

Uqo Lorisdən rekord

2 ay komada qalan qazimizdən xəbər var - VİDEO

"Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı daha da artır" - Deputat

Abşerondan Suraxanıya başçı müavini gedən Fuad Cəbrayılovun təyinatı nədən gizli saxlanılır?! - MÜƏMMA

Sosial sahə üzrə builki prioritet istiqamətlər açıqlandı

Mədəniyyət naziri Türkiyədə səfərdədir - FOTO

Təyyarə pişiyə görə geri döndü

QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamalar başlanıb, pozuntular aşkarlanıb

Tramp Baydeni ABŞ-ı müharibələrə cəlb etməkdə ittiham edib

Narkotik alverçisi evinin zirzəmisini silah anbarı edibmiş - FOTO

Gürcüstan Prezidenti Şarl Mişellə görüşüb

Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka DOLLAR TAPDI - "Elə bildik ermənidən qalıb ..."