AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Fərid Şəfiyev: “Demokratiyanın mövcudluğu münaqişələrin qarşısını almır”

  66

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin ABŞ-ın nüfuzlu “The National Interest” nəşrində “Dağlıq Qarabağ münaqişəsi: “Demokratiya ilə bağlı iddialar amil hesab edilə bilməz” başlıqlı məqaləsi 

dərc olunub.

Məqalədə bildirilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində başlamış son hərbi əməliyyatlarla bağlı bir sıra ekspertlər və qlobal media mənsubları demokratiya ilə bağlı problemlərin Ermənistan-Azərbaycan münaqişəsinin yenidən alovlanmasında əsas amil kimi göstərirlər.

Lakin müəllifin fikrincə, demokratik çatışmazlıqlarla bağlı iddialar mediada artıq mövcud olan erməniyönümlü hekayələrə uyğundur və bu səbəbdən həqiqəti əks etdirə bilməz.

 

Fərid Şəfiyev qeyd edir ki, münaqişənin kökləri Rusiya İmperiyası və Sovet İttifaqı dövrünə gedib çıxır və müstəqil Azərbaycan və Ermənistanla əlaqəsi yoxdur:

“Tarixən də bu münaqişənin əsas mahiyyəti bəzilərinin iddia etdiyi kimi demokratik çatışmazlıq və ya bir qrupun da dediyi kimi dini amillərdən asılı deyil. Münaqişə ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistana birləşdirmək mənasını verən “miatsum” konsepsiyasına əsaslanan ərazi iddiaları nəticəsində baş verib. İki xalq erməni milliyyətçiliyinin alovlanmasından əvvəl birlikdə sülh şəraitində yaşayıblar. Erməni ekstremistlər tərəfindən azərbaycanlıların ilk qovulması 1987-ciilin payızında Qapan şəhərindən başlayıb”.

 

Müəllif qeyd edir ki, Qərbin Azərbaycana qarşı qərəzli mövqeyi həmişə olub və hətta 1992-ci ildə Azərbaycan öz torpaqlarını itirdiyi bir vaxtda ABŞ Azərbaycana yardımı qadağan edən 907 saylı “Azadlığa dəstək aktı”nı qəbul edib.

 

Müəllifin sözlərinə görə, digər maraqlı məqam odur ki, hökumət və müxalifət olmasından asılı olmayaraq bütün siyasi güclər nəhayət, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağı, məcburi köçkün və qaçqınların öz torpaqlarına qayıdacağı ümidi ilə hərbi əməliyyatlar üçün birləşiblər. Qeyd edilir ki, iyulun 14-də Bakıda olan yürüş də onu göstərdi ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunmasını tələb edən tək siyasi qurumlar deyil, həm də bütün xalqdır.

 

Fərid Şəfiyev bildirir ki, Ermənistana gəldikdə qeyd edilməlidir ki, ölkə bütün bu illər ərzində avtokratiya və korrupsiyadan əziyyət çəkməsinə baxmayaraq, buna göz yuman beynəlxalq aləmlə üz-üzədir:

“Hətta bu gün də Ermənistanın beynəlxalq hüququ pozması və BMT TŞ-nin münaqişə ilə bağlı dörd məlum qətnaməsini yerinə yetirməməsinə baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən əhəmiyyətli etirazla üzləşmir. Bu bir daha göstərir ki, beynəlxalq ictimaiyyətin əsl narahatlığı demokratiyanın olub-olmaması ilə bağlı deyil”.

Fərid Şəfiyev vurğulayır ki, Ermənistan-Azərbaycan münaqişəsinin demokratiya sahəsində çatışmazlıqlardan qaynaqlandığına dair arqumentdən belə nəticə çıxarmaq olar ki, əgər demokratiya problemi olmasa idi, münaqişə həll olunardı. Müəllifin sözlərinə görə, lakin bu arqument Qərbin demokratik ölkələrində, məsələn, Kanadada Kvebek, Böyük Britaniyada Şotlandiya, İspaniyada Kataloniya və Belçikada Flamand məsələsinə gəldikdə işləmir və bu ölkələrdə irəli demokratiyanın mövcudluğu bu münaqişələrin başlamasının qarşısını almır.

“Qlobal media ekspertlərinin mövqeyi Ermənistan-Azərbaycan münaqişəsi və onun səbəblərinə gəldikdə Qərb mediasının qərəzini üzə çıxarır. Xatırlamaq yerinə düşər ki, sərhədlərin yenidən çəkilməsi Avropada iki qlobal müharibəyə səbəb oldu. Davamlı sülhə nail olmaq üçün əsas düstur Azərbaycanın da təklif etdiyi kimi ərazi bütövlüyü və milli azlıqların hüquqlarının müdafiəsindən ibarətdir”, - deyə müəllif sonda qeyd edir.

 

Xəbər Lenti

"Qarabağ" qaçqın və məcburi köçkünlər arasında sürgündə olan yeganə futbol klubu idi - Hikmət Hacıyev - FOTO

Pep Qvardiola 1000 xal səddini keçib

Şirvan sakini dəm qazından boğulub

Somalinin paytaxtında partlayış olub, 6 ölü

Kəlbəcər rayonunun Vəng kəndindən VİDEOgörüntülər

Kanadada əhalinin peyvəndlənəcəyi tarix açıqlandı

Kosta 6 ay oynamaya bilər

Ukraynada rekord yoluxma

Çempionlar Liqasının qalibi müəyyənləşdi - Afrikada

Azərbaycanda ödəmə kartları ilə dövriyyə əhəmiyyətli dərəcədə artıb

Paşinyan müxalifət liderinə “elçi” göndərdi

"Qarabağı azad edənlərin dırnağında boya yox, qan olub"

Azərbaycanda "Ağıllı şəhər" layihəsinin yekun strategiyası hazırlanır

ABŞ-da edam üsullarının sayı artırılıb

Azərbaycanda yoluxanların sayı 4 mini keçdi

Türkiyədəki 153 illik bələdiyyə binası söküləcək

İngiltərədən Messiyə daha bir təklif

Messi ABŞ-da zirvədə

Prezidentə yazırlar: "Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi"

Mariya Pavlovna Hüseynova Prezident İlham Əliyevi təbrik edib

Əfsanəvi futbolçunun oğlu duşda zədələndi

“Prezidentliyə namizədliyimi verəcəyəm” - Pike

Ermənistan prezidenti Rusiyaya səfər edib

Hikmət Hacıyev, diplomatik nümayəndələr və "Qarabağ" klubu Ağdam məscidində - FOTO

6240 ton tütün yığılıb

"Ali Baş Komandan qələbə ruhunu qaytardı" - Firdovsi Umudov - VİDEO

Avropalı nazirdən etiraf: "Ölüm nöqtəsindəyik!"

"Brent" markalı neft bahalaşıb, WTI ucuzlaşıb

Azərbaycan xurması Slovakiya və Çexiyaya ixrac ediləcək

Rusiyada minik maşını ilə yük qatarı toqquşdu: 4 ölü

Məlahət Mürşüdlü vəfat etdi

Rusiyada ev yandı: 2 nəfər öldü

Tanınmış şirkətin 130 min cərimələnməsi ilə bağlı qərar verildi

Rusiyada daha 510 nəfər öldü

Baxımsız və sağlamlıq imkanları məhdud uşaqlarla bağlı sosial müdafiə və reabilitasiya sistemi təkmilləşəcək

Mixail Qusmanın “Anatoli Dobrınin. Səfirin həyatından 24 il və 14 gün” filminin Azərbaycanda premyerası olub

Paytaxt sakinləri karantin qaydalarına necə əməl edirlər? - FOTO

Ruhanidən alimin qətlə yetirilməsinə münasibət

“Putinlə peyvənd idxalını müzakirə edirik” - Ərdoğan

Şəhid ailələri və müharibə əlilləri ilə bağlı yeni tədbirlər planı hazırlanıb

Yerevanda əsgər anaları növbəti aksiya keçirirlər

"Tərtərə atılan “Smerç” raketi yerli muzeyə təhvil verilib" - Hikmət Hacıyev - VİDEO

Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərdi

Sumqayıtın polis rəisinin Gəncəyə təyinatı xəbəri ilə bağlı DİN-dən açıqlama

Ermənistanda COVID-19-dan daha 31 nəfər öldü

“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? - FOTO

Gürcüstanda 4 472 yeni yoluxma, 34 nəfər öldü

"44 gündə Tərtərə 16 mindən çox mərmi atılıb" - İcra başçısı

Paşinyan əsgərlərin valideynlərindən 2 gün vaxt istədi

"Sanki dəniz dalğaları ilə mübarizə aparırdıq" - Erməni əsgərindən etiraf

"Ermənilər artıq həyəcan və qorxudan özlərinə atəş açırdılar" - Şuşa əməliyyatının iştirakçısı - FOTO

Türkiyə Rusiya ilə Qarabağda əsas nəyi razılaşdırmaq istəyir? - TƏHLİL

"Türkiyə Qarabağdan Suriyayadək İslam coğrafiyasını canı bahasına qorumaq məcburiyyətindədir" - Ərdoğan

Tramp Ağ Evdən bu halda gedəcəyini açıqladı

Hikmət Hacıyev və diplomatik nümayəndələr Tərtərdə - FOTO

"Bandotdel" Oğuzda xüsusi əməliyyat keçirdi: 2 nəfər tutuldu

5000 abonent qazla təmin olunacaq - FOTO

Buenos-Ayres hava limanında Maradonanın heykəli qoyulacaq

Yaşayış yerini tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlandı

Paşinyan Moskvada nə xahiş edəcək?

"Qarabağ" FK Ağdama getdi

"Türk əsgərləri tezliklə Azərbaycanda vəzifələrinin icrasına başlayacaq" - Fuat Oktay

Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq barədə yeni sənəd hazırlanır

BŞBPİ-də bu vəzifə ləğv edildi

“Gizlətməyin, bu, xəstəlikdir, pozğunluq deyil”

Səudiyyənin Türkiyəyə qarşı boykotu rəsmiləşdi

Erməni tərəfi 2 660 hərbçisinin öldüyünü açıqladı

“Səxavətin məzarını görəndə bir müddət donub lal oldum” - FOTO

İranda nüvə aliminin öldürüldüyü yerdən FOTOlar

Hikmət Hacıyev və "Qarabağ" klubu Ağdama gedir

Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artıb

Ceyhan terminalından 190 milyon bareldən çox AÇQ nefti nəql edilib

Los-Anceles sakinlərinə evdən çıxmamaq tövsiyə edilib

Pakistan səfiri Bakı meriyasında olub

Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VIDEO

"Fransa Senatı tərəfindən qəbul edilən qətnamə beynəlxalq hüquq pozuntusur" - Fransa parlamentinin fəxri üzvü

"Real"ın 5 futbolçusu "Alaves"lə oyunu buraxacaq

Sülhməramlı nə ilə silahlanmalıdır? - Qadağan olunan texnikalar

“Bakcell Arena”da zirvə savaşı - YENİLƏNİR

"Barselona" futbolçuları ilə razılığa gəldi

Azərbaycan Premyer Liqasında bir dəqiqəlik sükut olsun – FİFA-dan çağırış

Rusiyada polisin şübhəliyə atdığı güllə məktəbliyə dəydi

Yaponiya sahillərində quru yük gəmisi və balıqçı gəmisi toqquşub

Üsyançılar Eritreya paytaxtına raket atıblar

Lukaşenko Belarus xalqını müstəqillik uğrunda mübarizəyə çağırdı

Belçikada quş qripi xəstəliyi qeydə alınıb

Bolsonaro: “Peyvənd olunmayacağam”

Dieqo Maradonanın ölümü ilə əlaqədar araşdırma başlayıb

"OPEC plus" nazirlər komitəsinin qeyri-rəsmi görüşü təxirə salındı

ABŞ-da koronavirusa yoluxanların sayı 13 milyonu keçdi