“İt ürəyi”

 

Biz niyə ələbaxanıq?

Doğrudan da, xaqlar arasında onun eyni peşə sahibi olan nümayəndələri arasında xeyli fərq var. Birində ruslaşmış başqa millətin nümayəndələri olsalar da yaratdıqları SSRİ adlanan mənfur və riyakar rejimin iç üzünü açan əsərlər-romanlar, povestlər və hekayələr yazılır, digərində, yəni rusların müstəmləkələri olan müttəfiq respublikalarda, konkret desək Azərbaycanda isə yazıçılar bütün varlıqları ilə, bütün neyronları ilə həmin ədalətsiz və amansız rejimi tərənnüm etməkdən başqa heç nə yaratmayıblar. Hətta, bir balaca quruluşu ürəkdən təbliğ və tərənnüm etməyənlərin dərhal üstünə düşür, onu ifşa edir, gedər-gəlməzə göndərməklə hədələyib, istədiklərinə nail olublar. Bu məsələdə, rejimə sədaqətdə bir-biri ilə yarışa giriblər. S. Vurğun, S. Rüstəm, R. Rza, M. Rahim, M. İbrahimov, Ə. Vəlyev, N. Xəzri və başqaları o qədər kommunist partiyasının və sosializm rejiminin əbədiliyinə inanmışlar ki, bircə dənə gördüklərini, reallığı, rejimin mahiyyətini əks etdirən necə deyirlər, sandıq ədəbiyyatı nümunəsi, yaratmamışlar.

Bəli, biz ağalarımıza sadiq olmuşuq. Rusiyanın ən gözəl yazıçılarından biri və bəlkədə birincisi Mixail Bulqakovun "İt ürəyi" povestini hələ tələbəlik illərində oxuyanda və onun əsasında çəkilən filmə baxanda hər dəfə bu fikirlər istər- istəməz xəyalımda dolaşır. Əslində avara bir it üzərində cərrahiyyə əməliyatı aparılır, o, insana çevrilsə də it olaraq qalır. Lakin povestin mənası daha dərindir. Əslində o, insana çevrilən itə qarşı deyil, tər-təmiz sosializm rejiminə qarşı yazılmışdı. Çünki insana dönən iti pozğun, oğru, əxlaqsız və yaramaz məxluqa çevirən onun it ürəyi deyil, rejim, mühit və onun nümayəndələridir. Bu it kecən əsrin 20-ci illərində rus-sovet dövründə deyil, məsələn, azad və demokratik Fransada əmələ gəlsəydi, bəlkə də bu qədər yaramaz olmazdı. Əsərdən çıxan əsas ideya budur. Çünki yazıq it adama çevriləndən sonra ətrafdakı adamları yalnız təqlid edir. Məsələn, siqaret çəkir, araq içir və hətta, axırda evlənmək niyyətində olur. Lakin ümumiyyətlə, təbiətin işinə qarışmaq, canlı növlərini dəyişmək, milyon illərdən bəri formalaşan məxluqları bir-birinə çevrilməyin yolverilməzliyi ideyasını da istisna etmək olmaz. Əsər əsasında çəkilən filimdə də çox maraqlı detallar və məqamlar var, Belə maraqlı detallardan biri, itin insana çevriləndən sonra Stalin kimi kitel geyməsidir.

Bəli, sosializmdə fərd, şəxsiyyət yox idi. Hamı eyni çür - rejimin kiçik vintləri olmalı idi. Qurluşun rəhbərlərindən - Lenindən, Stalindən, Brejnevdən başqa əvəzedilməz adam yox idi. Əsas əməliyyatı həyata keçirən dahi fizioloq, professor Priobrojenski və asissentinin it ürəyini gəzdirən insanın artıq dözülməz olduğunu və hətta, tanış, abırlı, məsum bir qızı evinə gətirib, onunla yaşamaq istəyini görüb bu məxluqu zorla tutub cərrahiyyə stoluna qoyaraq, yenidən itə döndərməyə məcbur olmaları ilə bitir....

Əlizadə Nəhmədağaoğlu

0.21978497505188