AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Tarif Şurasının Absurdları

  118

Ziya Məmmədovun qoçularına min rəhmət

Bakı və Bakıətrafı qəsəbələrdə sərnişindaşıma sektorunda baş verən acınacaqlı vəziyyət sözün həqiqi mənasında əhalinin haqlı narazılığına səbəb olur. Bunun əsas səbəbi isə son qiymət artımından sonra bu xidmət sektorunda gözlənilən, daha doğrusu söz verilən müsbət dəyişikliklərin baş verməməsidir. Yəni nəqliyyatda gediş haqqı artırılsa da, xidmət sahəsində heç bir yenilik baş vermədi.

Tarif Şurası (sözün açığı, bu Şura sözündən heç xoşum gəlmir, məmləkətimizdə bolşevik işğalından sonra yaranan şuraları xatırladır. O zaman ağsaqqallarımız da sovet rejimini qəbul edənləri Şuravilər adlandırıblar. Şuravilərin sayının artdığını görən ermənilər də, bunu azərilərin (Azərbaycan türklərinin) sovetlərə rəğbəti kimi qəbul edərək qızlarına Şura adını qoymağa başladılar. Bu "Şuralar"da böyüyüb min hoqqadan çıxırdılar ki, azəriləri cəlb edib öz torlarına salsınlar, bir müddət əvvəl daşnak-bolşevik cütlüyünün Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər yaddaşlardan silinsin. 70 illik Şura hökuməti də, bu yolla azəri-erməni dostluğuna nail oldu ki, onun da ağır nəticələrini 1988-90-cı illərdə gördük və bu günümüzə qədər də davam edir.

Bu gün Tarif Şurasının Azərbaycan xalqına qarşı sürdürdüyü fəaliyyət də, bundan heç nə ilə fərqlənmir.

Əslində, bizim Tarif Şurası adlandırdığımız quruma başqa bir ad tapmaq olardı. Məsələn, Dövlət Qiymət Komitəsi, Dövlət Qiymət Agentliyi və s . Görünür, həmin Şuraların həsrətində olan bəziləri, bu adın yaddaşlardan silinəcəyindən qorxublar və onu əbədiləşdiriblər. Bu ad məsələsi çox uzun və mübahisəli işdir, qalsın başqa zamana. Gəlin keçək əsas məsələyə.

Bu gün söhbət həmin Şuranın qiymət tənzimlənməsi prosesində hansı kriteriyalardan istifadə etməsindən gedir. Elə götürək bu yazıya səbəb olan sərnişindaşıma xidmətlərinə görə ödənilən məbləği.

Bizə belə gəlir ki, hər hansı bir qurum Tarif Şurasına qiymət artımı barədə müraciət etdiyi zaman, Şura həmin təkliflərin bütün aspektlərini tam öyrənərək araşdırmalı və buna adekvat qərar qəbul etməlidir.

Məsələn, Bakı Nəqliyyat Agentliyi Tarif Şurasına müraciət edir ki, əhalinin nəqliyyat xidməti üçün ödədiyi məbləğ çox aşağıdır və artırılmasına ehtiyac var. Bunu əsaslandırmaq üçün isə belə arqumentlər irəli sürür ki, sərnişindaşınma infrastrukturu yenilənir, daha komfortlu nəqliyyat vasitələri dövriyyəyə buraxılır və s.

Tarif Şurası da heç bir tədqiqat, araşdırma aparmadan, hansısa maraqlar üzündən BNA-nın təkliflərini qəbul edərək, nəqliyyatda gediş haqqını 50-100 faiz artırır.

Əslində isə BNA-nın qeyd etdiyi yeni infrastrukturu heç kim görmürsə, onun müsbət fəaliyyəti hiss olunmursa (dayanacaqlarda işləməyən bir neçə monitor quraşdırmaq yenilikmi sayılır?), bu, əhaliyə lazım deyil və buna görə haqq ödəməyə məcbur edilə bilməz.

Yox, söhbət yeni, komfortlu, kondinsionerli, qışda qızdırılan müasir avtobuslardan gedirsə, burada da müəyyən kriteriyalar gözlənilməlidir. Yəni komfortlu avtobuslardan istifadə edənlər daha yüksək haqq ödəməli, digər kateqoriya avtobuslardan istifadə edənlər daha aşaqı məbləğdə ödəniş etməlidirlər. Yoxsa, BNA görüntü üçün şəhərin mərkəzi hissəsinə 50-100 yeni avtobus buraxır, qiymətləri də onlara görə tənzimləyir, əhali isə sınıq- salxaq avtobuslarda işə gedib-gəlir və ikiqat yüksək haqq ödəyir, bu nə deməkdir?  

Bu gün şəhər nəqliyyat sektorunun ən yaxşı halda 20-30 faizi yenilənib, 70-80 faizi isə hələ Ziya Məmmədovun dönəmindən qalan heç bir komfortu olmayan, istismar müddətini başa vurmuş avtobuslardır ki, Tarif Şurası əhalini həmin avtobusların xidmətindən istifadəyə görə də yüksək haqq ödəməyə məcbur edir.

BNA da necə deyərlər, "nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım" prinsipi ilə çıxış edərək onsuzda maddi çətinliklər içində çabalayan milləti talamaqla məşğuldur.

Eyni zamanda, BNA həm də sələfi olan Ziya Məmmədovun ölülərinə rəhmət oxutmağa nail olub, böyük uğurdur, əhsən! Bir zamanlar "Ziya Məmmədovun qoçuları" ifadəsi çox məşhur idisə, bu gun BNA əməkdaşları həmin qoçulara da rəhmət oxutmağa nail olub.

Məsələn, Ziya Məmmədovun zamanında beynəlxalq Avtovağzal Kompleksinə giriş -15-20 dəqiqə pulsuz, ümumiyyətlə isə 1 manat idisə, bu gün girib-çıxmaq 1 manat, əlavə vaxt üçün isə daha yüksək məbləğ tələb olunur.

Məlumdur ki, dünyanın bütün yerlərində xidmət sahələri insanlara maksimum komfort şərait yaratmaqla öz fəaliyyətlərini təqdim edirlər. Azərbaycanda isə insanlara nə qədər pis komfort yaratsan, xidmətin qiyməti də bir o qədər artır. Bununla da biz qeyri-neft sektorunu, daha dəqiq desək, turizmi inkişaf etdirməyi hədəfləsək də, xidmət sektorunun yarıtmaz fəaliyyəti bunun qarşısına sədd çəkir. BNA da Beynəlxalq Avtovağzal Kompleksində insanlar üçün elə diskomfort yaradıb ki, ölkəmizə bir gələn, bir də gəlməz.

Tarif Şurası isə heç bir araşdırma-filan aparmadan BNA-nın çaldığına oynayır. Yəni hər şey BNA üçün, hər şey BNA-nın rifahı və varlanması naminə.

O ki qaldı millətə, "Millət necə tarac olur-olsun, nə işim var", Allah sənə rəhmət eləsin Sabir əfəndi.

 

P.S. Diqqətinizə çatdırım ki, Tarif Şurasının sədri iqtisadiyyat naziri Şahin Mustafayev, üzvləri isə nazir müavinləridir. Yəqin ki, əlavə şərhə heç bir ehtiyac yoxdur.   

 

Yusif Seyid

Xəbər Lenti

Sabahın hava proqnozu

"Ulu öndər “Əsrin müqaviləsi”ni reallaşdırmaqla gələcək nailiyyətlərimizin təməlini qoydu"

Gülbahar Şükürlü əməliyyat olundu

Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli ailə faciəsi - FOTO

"Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır"

Dünyada koronavirusa yoluxanların sayı 31 milyonu ötdü

Ermənistan yeni müharibəyə hazırlaşır - Nəticəsi nə olacaq? - Rəylər

Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib - FOTO

Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz”

Özbəkistanın Baş nazirinin müavini koronavirusdan öldü

İranda koronavirusdan daha 183 nəfər öldü

"Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədir"

"Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədr"

Yunanıstan "Yanoş" ilə mübarizə aparır

Bakıda pulları sağa-sola səpən yeniyetmə, onu “ovlayıb” 35 min dollar alan quldurlar... - Atasının seyfindən, yoxsa bankdan?

146 yeni yoluxma, 154 nəfər sağaldı

Rusiyada daha 6148 nəfər koronavirusa yoluxdu

Türkiyə millisinin futbolçusu "Lester"ə keçdi

Tehran ABŞ-ın bəyanatını "qiyam" adlandırdı

"Qalatasaray"ın yetirməsi "Neftçi"yə keçdi

Azərbaycanlı rejissor Beynəlxalq Turizm Filmlər Festivalının qalibi olub - FOTO

"Fənərbağça"da yeni transfer

"Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir"

Oğlan övladı dünyaya gətirə bilmədiyi üçün boşanmağa məcbur edilən, tənha ölən şahzadə

İnsanları geyiminə görə qarşılayanlar... - Zirvəyə ya birlikdə çıxacağıq, ya da...

"Yuventus"da ağır itki

İnsanları yandırıb külünü ailələrinə göndərən general - Hitleri qorxuya salan "Praqa qəssabı" kimdir? - FOTO

Koronavirusa ən yüksək yoluxma halının qeydə alındığı daha bir ölkə Slovakiyadır

Vaxtilə ekoloji fəalkət zonası olan ərazilərin indiki halı - FOTO

Qalmaqallı qərar bu gündən qüvvəyə minir

Narazılıqla qarşılanan qərar bu gündən qüvvəyə minir

"Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq"

Ermənistanda 277 yeni yoluxma

Ukraynada koronavirusdan daha 41 nəfər öldü

"Liverpul"da yeni transfer

""Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı"

Qurbanlarına işgəncə verdikdən sonra başlarını kəsiblər - Qatil cütlüyün qorxunc cinayətləri - FOTO

Gürcüstanda yoluxma artır

“Qarabağ” “Neftçi”yə qarşı

Vətəndaşları narazı salan "xırda məmurlar" - Get filan vaxt gələrsən...

"Metro yenidən bağlana bilər, əgər..." - VİDEO

Britaniyada bir gündə koronavirusa 4 422 yeni yoluxma, 27 ölüm

Estoniya prezidenti küçələrdə siqaret kötükləri topladı

2100-cü ildə dünya əhalisinin sayı nə qədər olacaq? - ARAŞDIRMA - FOTO

Britaniyada bıçaqla insanlara hücum çəkdilər, 4 yaralı var

Trampı təhlükəli maddə ilə zəhərləmək istədilər

Qaret Beyl “Tottenhem”də!

Əfqanıstanda partlayış: ölən və yaralananlar var

Fransada rekord sayda yeni yoluxma qeydə alındı

ÜST: COVİD-19-la bağlı 8 peyvənd klinik sınaqların sonuncu mərhələsindədir

Tovuzun kəndləri yenə atəşə tutuldu - Cəbhədə son vəziyyət

Moskvada koronavirusdan daha 13 nəfər öldü

Braziliyada koronavirusdan ölənlərin sayı 136 min nəfəri ötdü

Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır

İtaliyada parlamentarilərin sayına dair referendum keçiriləcək

Tramp ABŞ-ın "Oracle" şirkətinə "TikTok"u almağa razılıq verdi

Londonda yeni karantin və peyvəndləməyə qarşı etiraz: 32 nəfər saxlanıldı

Tramp: "ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq"

Moskvanın hava limanlarında 33 aviareys ləğv edildi və ya təxirə salındı

Avtobusun çaya düşdü: 14 nəfər öldü

Özbəkistanda koronavirusa yoluxanların sayı 50 min nəfəri ötdü

Azərbaycanda avtomobil benzinin istehsalı artıb

Günün qoroskopu: daha neytral işlə məşğul olun

Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ

Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb

Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlandı

Prezident İlham Əliyev: "Əgər Ermənistan beynəlxalq hüququ yerə vurursa, biz niyə beynəlxalq hüququ gözləməliyik?!"

Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb - FOTO

"Paxıl olmayın, qurdlar sizi yeyər" - FOTO

Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib

"Genoa"da iki yeni transfer

ABŞ-Rusiya-Çin "geosiyasi üçbucağı": risklər və təhlükələr

""Əsrin müqaviləsi" Azərbaycanın gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir" - Deputat

Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı

"Çox ağır vəziyyətdə məni Türkiyəyə çatdırdılar"

Ronaldu ilin ən yaxşısı seçildi

SEPAH-ın komandanı: “Qasım Süleymaninin qisası mütləq alınacaq”

Azərbaycan gələcəyə ümidlə baxır, strateji hədəflərinə doğru səbrlə, qətiyyətlə addımlayır

İranda koronavirusdan ölənlərin sayı 24 min nəfəri keçdi

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir"

Vergidən 8 milyon 396 min manat yayındıran şirkət rəhbərinin istintaqı yekunlaşdı