AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Kitab bilik mənbəyi deyil?!

  148

Övladlarınıza telefon alın...

Əgər biz mərhum şairimiz Abbas Səhhətin şeirndən misranı bir qədər improvizə etsək, belə bir nəticə alınacaq-kitabı sevməyən insan olmaz, olsa da, o şəxsdə bilik, savad olmaz. Atalarımız da bu mənada deyiblər ki, kitab bilik mənbəyidir.

Bu gün elektronlaşan müasir dünyamızda kitab çox dəyərdən düşüb, desək yanılmaraq. Lakin kitab maqazalarına baş çəksəniz, tamamilə başqa bir mənzərənin şahidi olacaqsınız-kitabların qiyməti ceyran belində, ancaq alıcı yox. Satıcılar da ac qalmamaq üçün maqazalarında kitabla yanışı nə desəniz satırlar, qələm-dəftərdən tutmuş, uşaq oyuncaqlarına qədər hər şey.

Bu gün "kitab bilik mənbəyidir" şüarı altında böyüyən nəslə, ümumiyyətlə kitab oxuyanlara münasibət də fərqlidir. Sanki qloballaşan dünyamız da öz formasını dəyişərək elektonlaşıb. Elə bil cəmiyyətdə hər şey süniləşib və təbiət də öz formasını dəyişərək elektronlaşan cəmiyyətə adaptasiya olunub.

Məsələn, zamanında qələmlə yazmaqdan barmaqları qabar olan qocaman jurnalistlər də, artıq qələm kağızla təmasdan qaçırlar. Kompüterin klaviaturasında tıqqıldatmaq onlara da xoş gəlir. Ancaq gəlin unutmayaq ki, qələm kağızla təmasda olmaq tamamilə başqa bir aləmdir. Gəncləri başa düşürəm, onlar üçün qələm kağızla təmasda olmaq, gerilik əlamətidir. Yaşlı nəslin nümayəndələri nə üçün bu təmasdan qaçırlar, bax, bunu anlamaq çox çətin. Mən, şəxsən bu gün də əvvəlcə qələmlə yazıram, daha sonra kompüterdə yığıram və bu, mənə daha xoş gəlir.

Bu barədə soruşanda da deyirlər, "belə daha asandır".

Kitab oxumaq da beləcə, asanlığın badına gedir. Buna baxmayaraq, "bu gün heç kim kitab oxumur" fikri ilə də razılaşmıram. Çünki indi də kitab oxuyan çox sayda insanlar tanıyıram və kitab oxumaq onlar üçün bir növ həyat tərzi, həm də xobbidir. 

Bununla belə qeyd etməliyəm ki, elektronlaşma onlara da təsirsiz ötüşməyib. Gənclərdən fərqli olaraq, onlar bunu imkansızlıqla əlaqələndirirlər. Bildiyiniz kimi, "kitab bilik mənbəyidir" dediyimiz dövrdən qalan insanların böyük əksəriyyəti təqaüdçülərdir və onların da istədikləri vaxt, istədikləri kitabı almaq imkanları yoxdur. Bu səbədən də elektronlaşıblar və telefonda, planşetdə, kompüterdə "elektron kitabxana"lardan istifadə edirlər. Belə kitab həvəskarlarından olan dostum  Rüstəm müəllim  bu günlərdə şikayətlənir ki, artıq korrupsiya, dələduzluq kompüterlərə də keçib. Hansı kitabı "skaçat" (öz səhifəmə köçürmək) eləmək istəyirəm, pul tələb edirlər. Başqa cür də ola bilməz. Dünyanın bütün sahələrində korrupsiya, rüşvət, onlardan daha qorxunc olan mafiya fəaliyyətdədirsə, orada hər şey pulnan ölçülməlidir. Bəs nə bilmişdiniz...

Əlqərəz, görünəni odur ki, kitab mafiyası ölkəmizi də yan keçməyib, yoxsa kitablara qoyulan qiymət bu həddə çatmazdı. Keçək əsas məsələyə.

İnsanlar nə üçün kitab oxumurlar? Dünyada az-çox tanınan yazıçıların əsərləri milyonlarla nüsxə çap olunur və satılır. Bizim yeni nəşirlərə diqqət etsəniz, görəcəksiniz ki, ən yaxşı halda 3-5 min nüsxə civarında çap olunur. Elə kitablar da var ki, müəllif öz vəsaiti hesabına 200-300 nüsxə çap etdirir və özü də satır.

Artıq bir xeyli müddətdir ki, Milli Elmlər Akademiyasının həyətində kimlərsə, kitab satışını təşkil edib. Çox əla təşəbbüsdür və dəstəkləyirəm.

Bu yazını hazırladığım ərəfədə həmin məkana baş çəkdim.

Məni daha çox o maraqlandırırdı ki, görəsən bu kitab satışı da, Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi "Kənd Təsərrüfatı Mallarının Satış Yarmarkaları"na bənzəmir ki.

Çox təəssüfləndim ki, təxminən ona bənzər bir şeydir. Yəni burada da urəkaçan bir şey yoxdu. Ən çox diqqətçəkən də, kitablarla maraqlananların çox, kitab alanların az olması idi.

Bu məsələyə aydınlıq gətirmək üçün ilk növbədə kitabların qimətləri ilə maraqlandım və az qala şoka düşdüm. Bizim uşaqlığımızda 5-10 qəpiyə satılan "Məlik Məhəmmədin nağılı" kitabı 1 manat 99 qəpiyə, yəni 2 manat deyil (bu 99 qəpik məsələsi də bilirsiniz də nədir?). Kitabların ən ucuzunun və ən bahasının, məhz uşaq şöbəsində olması da diqqət çəkdi. Qeyd etdiyim kimi ən ucuz kitab 1,99 manat, ən bahalı kitab isə 25 manata satılan "Böyük Uşaq Ensiklapediyası" idi.

Maraqlıdır, cəmi bir neçə vərəqdən ibarət bu nağıl kitabı həmin qiyməti kim təyin edib?

Satıcı onu da diqqətə çatdırdı ki, bu kitabların hamısına 20 % endirim var. Əla, 2 manatlıq kitabı sənə endirimlə 1 manat  60 qəpiyə verəcəklər. Bundan böyük endirim!

Bir daha qiymətlərə diqqət edin. C.Cabbarlının seçilmiş əsərləri 19, 99 qəpik, M.Müşfiqin seçilmiş əsərləri 17,99 qəpik, F.Dostayevskinin "Cinayət və cəza"sı 17 manat və s. İndi sən kasıb, yaxud son artımla pensiyası 160 manat olan təqaüdçu, bu kitablardan al görüm, necə alırsan. Onu da qeyd edim ki, həmin kitablar heç də yüksək poliqrafik üsulla tərtib olunmayıb. Sadə üzqabığı və sadə üsulla çap olunmüş bu nəşirlərə qimətləri kim təyin edib, bilmirəm.

Bildiyim bir şey varsa, o da, bu qiymətlərin məqsədinin insanları kitab oxumaqdan çəkindimək olmasıdır. Məni daha çox təəccübləndirən isə uşaq ədəbiyyatının bu dərəcədə yüksək qiymətlərə satılmasıdır. Cəmi bir neçə vərəqlik bir kitabı valideyn, yaxud nənə, baba öz övladına, nəvə, nəticəsinə necə alsın?

Alanlar var. 100 manata da övladına, nəvə-nəticəsinə kitab almaq imkanında olan insanlar var məmləkətimizdə. Lakin onlar övladlarına kitab yox, bahalı telefon, maşın və s. alırlar. Onların kitablara ehtiyacları yoxdur. Onlar seçilmişlər olduqlarından, oxuduqları məktəbə kitab, dəftər belə aparmırlar, bu işi onların əvəzinə müəllimləri görür...

Əhalinin böyük əksəriyyətinin isə heç 1 manata belə, bədii kitab almaq imkanları yoxdur bu məmləkətdə.

Bu səbəbdən də hesab edirəm ki, uşaq ədəbiyyatının, uşaq kitablarının nəşrini dövlət öz üzərinə götürməlidir. Həmin nəşirlərə də simvolik bir qiymət qoyulmalıdır. Məsələn, yuxarıda qeyd etdiyim "Məlik Məhəmmədin nağılı" tipli kitablara 30-50 qəpik, "Böyük Uşaq Esiklopediyası" 3-5 manata satıla bilər.

Bu gün dünya və Azərbaycan klassiklərinin əsərlərinin 15-20 manata satılması o deməkdir ki, "millət, kitab oxumayın".

Bir məsələni də diqqətinizə çatdırım ki, yazı birtərəfli alınmasın. Qeyd edəcəklərim xalqımızın mental xüsusiyyətləri ilə bağlıdır. Bir valideyindən xəbər aldım ki, son 5-10 ildə uşaqları üçün bədii kitab alıbmı (aydındır ki, məcburiyyət qarşısında dərs kitablarını və digər vəsaitləri alıb). Cavabı bu oldu ki:

-Yox müəllim, almamışam, çox bahadır, bu qimətə də kitab olar?

Onda soruşdum ki, bəs telefon necə, uşaqların telefonları var?

-Telefon başqa, kitab başqa, müəllim, uşaq telefonsüz necə qalsın axı?  

Görürsünüz də, bizim adi məsələlərə yanaşmamız da qəribədir. Övladına (mən burada məktəbyaşlı üşaqları nəzərdə tuturam) 200-300-400 manat, hətta daha çox pul verib borca, kreditə fərq etməz, telefon alan valideyin heç vaxt övladına 20 manat verib kitab almaz. Niyə, nə üçün? Bax, bu sualların cavabını bilsəydim, heç zaman belə bir yazı da yazmazdım.

"Uşaqlar bizim gələcəyimizdir", bu ifadəni də hər addımda eşidirik. Amma, bu istiqamətdə hər hansı bir işlərin görüldüyünü əsla müşahidə etmirik. Mən əslində kütləvi şəkildə görülən və görülməsi vacib işlədən danışıram. Bəzi hallarda epizodik formada keçirilən tədbirləri nəzərdə tutmuram. Çünki onlar sadəcə olaraq reklam və görüntü xatirinə keçirilən tədbirlərdi və seçilmişlər üçündür. Sadə Azərbaycan vətəndaşının övladlarını heç zaman bu kimi tədbirlərə cəlb etmirlər. Bunun səbəblərin yazmıram, çünki "görünən dağa nə bələdçi".  

P.S. Yazının başlığını "Kitab bilik mənbəyi deyil" formasında, sadəcə olaraq diqqət çəkmək üçün yazdım. Onar görə də bu başlığa əhəmiyyət verməyin! Övladlarınıza telefon yox, kitab alın. Kitabların insana bilik verməkdən başqa heç bir əks- təsiri, yaxud ziyanı yoxdur. Kitabların insana mənfi təsirləri barədə heç bir söz nə eşitmişəm, nə də oxumuşam. Musbət təsirləri barədə isə minlərlə misal gətirmək olar. Amma bu gün telefonun insanlara, ələlxüsus da, gənclərə, yeniyetmələrə və azyaşlı uşaqlara mənfi təsiri bardə yüzlərlə məlumata rast gəlmək olar. İstər pedoqoqlar, istəsə də psixoloqlar və digərləri telefonun mənfi təsirləri barədə çox mülahizələr irəli sürürlər ki, onları diqqətə almamaq sadəcə mümkün deyil. 

P.P.S. Hə millət, belə-belə işlər. Bizim kitab satışı məkanlarının da, meyvə-tərəvəz yarmarkalarından əsla fərqlənmədiyini gördünüz də. Yazı çapa tam hazır idi ki, Akademiya bağında yeni bir mənzərə ilə üzləşdim. İndi sizə bu barədə bir neçə kəlmə ərz etmək istəyirəm. Yəni iyun ayının 25-dən yuxarıda qeyd etdiyim məkanda nisbətən ucuz kitabların satılşına start verilib. Burada qiymətlər kitabın üzərində göstərilən qiymətdən 25-50 faiz ucuzdur. Məsələn, uşaqlar üçün olan və üzərində 1,50 manat göstərilən kitab 1 manata. Üzərində qiyməti 10 manat olan kitablar isə 5 manata təklif olunur. Burada 0,50 manatdan, 5 manata qədər dəyərində kitablar satılır. Onu da qeyd edim ki, bu kitabların böyük əksəriyyəti maarifləndirmə xarakterli kitablardır, görünür işbazlar onları 10 manata sata bilməyiblər və daha ucuz qiymətə satışa çıxarıblar.

Utopik arzum: Deyirəm ey, bir sponsor tapsaydım mənə gündə olmasa da, həftədə bir kitab alıb bağışlayardı, bu qoca vaxtımda mən də az- çox maariflənərdim. Köhnədən öyrəndiklərim artıq «qıjqırmağa» başlayıb.

Yusif Seyid

Xəbər Lenti

Rusiyanın Bakıdakı səfirliyinin müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

Bundesliqada 18-ci turun 5 ən yaxşı qolu - VİDEO

Fermerlərin diqqətinə: Bu il fındıq bağlarının hər hektarına 4 400 manat pul veriləcək

ÜST COVID-19-la bağlı kliniki təlimatları yeniləyib

“Çelsi” Lemparda maaş ödəməyə davam edəcək

Fərdi ovçuluq təsərrüfatlarının yaradılması məsələsinə baxıla bilər - Firuddin Əliyev

"Bavariya"da yeni hücumçu

"Bu dünyada sevgi iztirabı, pulsuzluq dərdi çəkmək gülməlidir" - Zümrüd

"Anamın bu halına dözə bilmirəm" - Firuzə İbadova

Milli parklarda qanunu pozan şəxslərdən 13 odlu silah götürülüb

ÜST pandemiyanın psixi sağlamlığa təsirini müəyyən edib

Əməkdar artistdən ŞOK AÇIQLAMA: “Oğlunu zibil qutularının yanında ölümcül halda tapdılar” - VİDEO

Səudiyyənin paytaxtına raket hücumu edildi

İşğaldan azad olunan ərazilərdə qaz xətləri çəkiləcək

Rusiya Qarabağdakı vəziyyəti diqqətdən kənarda qoymayacaq - Lavrov

Oksana Burak Özçivitlə seriala çəkilmək istəyir

Danimarka Baş nazirinin maketini yandıranlar həbs olundular

Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı

Kolumbiyanın müdafiə naziri koronavirusdan vəfat edib

İranda daha 6,4 min nəfər koronavirusa yoluxub, 79 nəfər ölüb

Azərbaycanda qızıl bahalaşıb

"Messi hər dəfə meydanda olmasa, "Barselona" qalib gələr"

Prezident İlham Əliyev Oqtay Şahbazovu vəzifəsindən azad etdi

Bakı sakinin evindən "Mauzer" tapıldı - VIDEO - FOTO

Xırdalanda partlayış olan ərazidə axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb

Qızıl mağazasından seyf oğurlayıb apararkən tutuldu - FOTO

Rusiya və İran XİN başçılarının görüşü keçirilir

Mətanət "Space"ə keçdi, ilk efirində yıxıldı - VİDEO

Dövlət Baxçalının Şuşada tikdirəcəyi məktəb belə olacaq - FOTO

Rusiyada daha 564 nəfər koronavirusdan ölüb

Unibank "Qarabağ Dirçəliş Fondu"na 100.000 AZN vəsait köçürüb

Azərbaycan Prezidenti: "Müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu göstərdi"

AQTA vətəndaşları diqqətli olmağa çağırır - VİDEO

"Ədəbi dil normalarını pozanlara qarşı cərimələr tətbiq edilsin" - Dilçilik İnstitutu

La Liqada yeni rekord

Klintonun qızı terrorçulara dəstək üçün serial çəkir

"Türkiyəli sülhməramlı zabit, gizir heyəti artıq Azərbaycana gəlib" - Polkovnik

"Hər iki Qarabağ müharibəsi şəhidlərinin ailələri və əlillərin mənzil təminatı paralel aparılacaq" - Şöbə müdiri

"Övladlarınızı sevməyin, eqoist olacaqlar"

Qaradağda uyuyan Qarabağ fatehləri - Yeni Şəhidlər Xiyabanı salınır - VİDEO

İşğaldan azad olunmuş ərazilərdə 135,5 km yol bərpa edilib, 80 km yeni yol çəkilib

"Toyota Highlander" dəbdəbəli və müasir interyeri ilə sizə hər an zövq verəcək

Gürcüstanda koronavirusdan daha 25 nəfər öldü

Dövlət Baxçalı Şuşada məktəb tikdirəcək - Prezidentlər RAZILIQ VERDİLƏR

"7 min gəncimizi itirdik" - Ermənidən etiraf

Ermənistanda koronavirusdan ölənlərin sayı 3052 nəfərə çatdı

Yanacaqdoldurma məntəqəsi qarət edildi

"Ermənistan istədi-istəmədi bunu yerinə yetirməyə məcbur olacaq"

"Dağıntılar altında qalanların olduğu ehtimalı var" - FHN

Yanğınsöndürənin başına kondensioner düşdü, huşunu itirdi - Anbaan VİDEO - FOTO

Mehri yolu Azərbaycanın regional əhəmiyyətini artıracaq - VİDEO

Hindistanda "TikTok" qadağan olundu

Şəhid ailələri üçün yeni kvota müəyyən edilir

Doğum şöbəsinin müdirinin işi məhkəməyə göndərildi

Çində koronavirusla bağlı son vəziyyət

Xırdalandakı partlayışda xəsarət alan 5 nəfər evə buraxıldı

"Azərbaycan sülh, yaxşı qonşuluq və regional əməkdaşlığın qətiyyətli müdafiəçisidir" - Səfir

ABŞ-da koronavirusun "Braziliya" ştammına ilk yoluxma

Oqtay Şirəliyevdən hərbçi və şəhid ailələri ilə bağlı açıqlama

Azərbaycanda inflyasiya ilə bağlı PROQNOZ: 2024-cü ilədək...

Teledərslərin bu günə olan cədvəli

"Türk şirkətlərinin Qarabağda tekstil sahəsinə yatırımları yeni iş imkanları yaradacaq" - Ekspert

Trampın impiçmenti barədə qətnamə Senata təqdim edilib

Hindistanda helikopter qəzası: pilot öldü

Braziliyada koronavirusa yoluxanların sayı 8,87 milyon nəfəri ötüb

Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev təltif edilib

Miller: “Tramp yeni partiya yaratmağı planlaşdırmır”

Merkel Baydenlə xarici siyasət, pandemiya və ticarəti müzakirə edir

ABŞ Senatı Yellenin maliyyə naziri vəzifəsinə namizədliyini təsdiq edib

Koronavirusun mutasiyası və peyvənd çatışmazlığı daha çox ölümlə nəticələnə bilər

İtaliyanın baş naziri istefa vermək niyyətindədir

Günün qoroskopu: İctimai və siyasi sahələrdə uğurlara nail ola bilərsiniz

Şuşa öz tarixi gözəlliyinə qovuşacaq - ARAŞDIRMA - FOTO

Türkiyədə son sutkada koronavirusdan 6 682 nəfər sağalıb

Xırdalandakı partlayışda yaralananların şəxsiyyəti məlum oldu

Hikmət Hacıyev "Atlantic Council"ə müsahibəsində regional təhlükəsizliyin quruluşundan danışıb - VİDEO

Şuşanın Mamay məhəlləsindəki məscid və bulaq erməni vandalizminə məruz qalıb - FOTO

Vətən müharibəsinin qəhrəman tankçılarından bir qrupu general Həzi Aslanovun ata ocağını ziyarət edib - FOTO

Braziliyada ağır yol qəzası baş verib, 21 nəfər ölüb

İstanbulun qurumaq təhlükəsi ilə üzləşən su hövzələrində sululuq səviyyəsi artıb

Cənubi Koreyada əhalinin 70 faizi COVID-19 virusuna qarşı peyvənd olunacaq

Pənahəli xanın tikdirdiyi Şahbulaq qalası - VİDEO - FOTO

Yaponiyada 3 min dollardan ucuz elektromobillər istehsal olunacaq

Karantin rejimi tətbiq edilməzsə, Fransa martın ortalarında çətin vəziyyətə düşə bilər

Siqaret pulu üstündə qardaşını ÖLDÜRDÜ

Türkiyədə üç günlük "Evdə qal!" rejimini pozan 27 mindən çox şəxsə cərimə yazılıb

Ermənilərin qışqırtdığı qaragüruh dəstə indi niyə susub? - TƏHLİL

BMT-nin Baş katibi: Təhsil sistemində fasilələr bütöv bir nəsil üçün fəlakətə çevrilə bilər

Böyük Britaniyada baş verən daşqın nəticəsində evlər su altında qalıb