Ağsu əhalisinin Ənvər Seyidəliyev PROBLEMİ

 

Bir müddət əvvəl Zaqatala rayon sakinləri bu gün isə Ağsu rayon əhalisi narahatlıq hissi keçirməkdədir.

 

 

Regionlarda içməli və əkin sahələri ilə yanaşı həyatyanı sahələrin suvarılması problem kimi qalır. Bu ərazilərdə yaşayan sakinlər içməli suyun arxasınca düşdüklərindən heç çöl torpaqlarının susuzluqdan hansı halda olmasından xəbərsiz olduqlarını deyirlər. Təbii ki Su kanal idarələri bu məlumatı təkzib edir və özlərində heç bir nöqsan görməyərək yalan məlumat verməklə, mətbuatı aldatmağı da özlərinə qəbahət saymırlar. Nə qədər inkar etsələr də əsil reallıq göz qabağındadır. Əhali susuzluqdan əziyyət çəkir. Bu barədə sosial səhifələrdə yüksək vəzifəli şəxslərə səslərinin çatmasına çalışırlar. Əhali özlərini dağların o tayında təcrid edilmiş hiss edərək, köməksiz qaldıqlarından imdad diləyirlər.


Bu günlərdə Ağsu sakinləri sosial şəbəkələrdə susuz keçən isti yay günlərindən söhbət açıblar. Sakinlərdən biri qeyd edir ki, Ağsu şəhərin iki hissəyə bölən Ağsu çayı artıq ağsuluların dadına çatmır. Qeyd edək ki, Ağsu çayı bu il bir neçə kəndi sel yumasına səbəb olub. Ağsu sakini Şəhriyar Kərimovun yazdığı statusunda qeyd edilir ki, ağsuluların susuz qalmasının əsas səbəbi Ağsu şəhər Su Melorasiya ASC-nin rəhbərinin başının şəxsi biznesinə qarışması ilə bağlıdır. Ağsu Su kanal idarəsinin müdiri isə yay gələndə mövsüm başlayır prinsiplərinə üstünlük verərək, içməli su daşıyan su maşınlarına diqqət yetirməklə pul qazanmağı xoşlayır. Ş.Kərimov qeyd edib ki, 7 gün ərzində rayon ərazisinə ümumi olaraq cəmi 4 saat su verilir. Bu, su verilmə müddətində isə cəmi 5 kub su götürmək mümkün olur. Vətəndaş sosial şəbəkədə xatırladır ki, 12 may 2018-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncam əsasən əhalinin su ilə təminatının yüksəldilməsi məqsədilə dövlət büdcəsindən 35 milyon manat vəsait ayrılıb.

 

Prezidentin sərəncamı artezian quyularının və su kanallarının təmizlənməsi üçün verilib. Amma təəssüf olsun ki, sərəncam imzalandığı kağız üzərində qalıb. Ağsudakı mənbəmizdən əldə etdiyimiz xəbərdə qeyd edilir ki, Ağsu şəhəri inkişafdan dayanmış və ölkədən təcrid edilmiş ərazini xatırladır. Ağsu rayonunun rəhbərliyi rayona yalnız kabinetinin pəncərəsindən çölə baxmaqla rəhbərlik edir. İdarə və müəssisə rəhbərləri bu vəziyyətdən istifadə edərək, əhaliyə xidmət etmək əvəzinə zülm edirlər. Sabiq ƏƏSMN naziri Səlim Müslümovun yaxın qohumu Ənvər Seyidəliyevin hələ də rayon icra hakimiyyətinin başçısı kimi vəzifədə qalıb heç bir iş görməməsi rayon əhalisini ciddi narahat edir. Əhali dərdini demək üçün əlacsızlıqdan RİH-ə gedir və sözünü deməyə normal rəhbər tapmır və narazı halda geri dönür. 


İcra başçısı Ənvər Seyidəliyevin başının "vəzifədən ya bu gün və ya sabah gedərəm" dərdinə qarışması Hacı Səfər kimi idarə müdirlərinin işinə çox yarayır və əhaliyə xidmət etmək yerinə öz şəxsi biznesləri ilə məşğul olmalarına yaxşı şərait yaradır, əhali isə əziyyət çəkir. Qələmə aldığımız bu fikirlərin müəllifi, əlbəttə biz yox, zəhmətkeş, ölkə prezidentinə böyük ümid və inam bəsləyən rayon sakinləridir. Onlar Ənvər Seyidəliyevin Hacı Səfərə verdiyi hədsiz səlahiyyətlərin nəticəsindən həm əziyyət çəkir, həm də son dərəcə narazıdırlar.

 

Əhali haqlı olaraq Ənvər Seyidəliyevə sual verirlər ki, cənab icra başçısı, Hacı Səfər kimdir ki, siz ona əhalini saymamaq üçün bu qədər həddini aşmaq səlahiyyəti vermisiniz?! Məgər Ağsu əhalisinin qəzəbindən və nifrətindən qorxmursunuz, bəs, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarını niyə yerinə yetirmirsiniz, kimə və nəyə arxayınsınız, cənab başçı?! Bilin ki, sizin lüzumsuz himayəniz hesabına Ağsu Su kanal idarəsinin müdiri Cəmil bəy və Su Melorasiya idarəsinin rəhbəri Səfər Məmmədov əhalinin müraciətinə heç bir əhəmiyyət vermirlər.


Ağsudan gələn digər xəbərdə Padar kəndində Azərqaz ASC əməkdaşlaının gizlin yolla əhalinin qaz sayğaclarının blomlarını qıraraq, bir neçə kənd sakinlərinin, hətta sayğacını oğurlayaraq, onlara böyük rəqəmlə ifadə olunan cərimə yazmaq üçün şərait yaratmaq kimi, cinayətkar əmələ əl atdıqları qeyd olunur. Bu prossesdən bir gün sonra isə, qaz istismar idarəsinin rəhbərliyindən bir qurup şəxs əraziyə gələrək, sayğaclara baxış keçirmək adı altında əməkdaşlar tərəfindən qəsdən zədələnmiş sayğacları müəyyən edərək, vətəndaşlara heç bir əsası olmayan qanunsuz cərimə tətbiq ediblər.

 

Sakinlərin şikayətində miqdarı 800 manat və daha çox olan cərimələrin məhz Azəriqaz ASC Ağsu rayon filiallının əməkdaşları tərəfindən qəsd nəticəsində edildiyi xüsusi olaraq qeyd edilir. Hətta bir neçə sakinə 2 gün ərzində məhkəmə vasitəsi ilə cərimələrə hüquqi qiymət verilməsi və cərimələrin tətbiq edilməsi də təmin edilib. Vətəndaşların verdiyi məlumatdan belə anlaşılır ki, Ağsu rayon məhkəməsinin hakimləri bəzi idarə və müəsissə rəhbərlərinin sifarişi əsasında qərar qəbul etməklə, məhkəmələrin müstəqil olmadığını vətəndaşa təlqin edirlər.

 

Rayon sakinlərinin etdiyi şikayətləri təhlil edib araşdırdıqda onun mahiyyəti təsdiq edir ki, Ağsu rayonunda icra başçısı problemi var və bu problem yaxın zamanlarda həll olunmasa, bu rayonda vəziyyət daha da ağırlaşacaq, vətəndaşlar hakimiyyətdən və dövlətdən incik düşəcəklər.


Bütün bu məsələlərlə bağlı qarşı tərəflərlə əlaqə saxlamaqa cəhd etsəkdə onlarla əlaqə saxlamağımız mümkün olmadı. Hətta RİH-nin başçısı Ənvər Seyidəliyevə məxsus olan nömrələrə zəng açdıq amma cavab verilmədi.

Mövzuya yenidən qayıdacağıq.


Yazı hazırlanarkən BakuNews.az saytının materialına istinad olunub

0.15216612815857