Ərəblərə 5-10 arvad azlıq edir

 

Yad "xoruzlar" bizim hində nə gəzir?

 

Şəxsən mənim nəyimə lazımdır ki, ölkəmizə neçə ərəb turist gəlib, onlardan neçəsi SPİD, sifilis və s. və i. xəstəliklərə tutulub. Guya, bu turistlərin burada xərclədiklərindən mənə nə isə verəcəklər, tövbə, tövbə əsla belə bir şey olmayacaq. Bu turist bazarlığı, sadəcə olaraq bəziləri üçün statistika mənbəyidir, yəni ölkəmizdə qeyri-neft sektoru uğurla inkişaf edir- formasında. Görünəni isə odur ki, bu turistlərin, ələlxüsus da ərəblərin ölkəmizə ayaq açması, bizə yaxşı heç nə vəd etmir. Olmaz olsun onların xərclədikləri 5-10 milyon, Azərbaycan bəyəm elə zəif bir ölkədir ki, 5-10 milyona möhtac qalıb?

Bizim elə "xodgedən" biznesmen- oliqarx məmurlarımız var ki, istədikləri zaman ərəb şeyxlərinin belə, qabağına "quş" qoya bilirlər.

Bu görməmişlər (daha doğrusu çoxgörmüşlər, bildiyiniz kimi hər bir ərəbin azından 5-6 arvadı var) sanki ölkəmizə səyahətə, gəzməli-görməli yerlərdə istirahət etməyə yox, otellərdə, restoranlarda, fahişəxanalarda (bu ifadəmə görə oxuculardan üzr istəyirəm, ancaq gərək hər şeyi öz adıyla çağırasan, belə yerlər rəsmən mövcud olmasa da, hüquq-mühafizə orqanlarından başqa

hamı onların fəaliyyətindən xəbərdardır) öz seksual tələbatların ödəməyə gəlirlər. Guya ki, pul-para və s. bunlardan başqa heç kimdə yoxdur.

Mənə belə gəlir ki, ərəblərin ölkəmizə ayaq açmasının əsas səbəbi, heç də ölkəmizə olan rəğbətləri deyil, burada onlara daha sərbət hərəkət etmək imkanlarının yaradılmasıdır. Ənənəvi Azərbaycan qonaqpərvərliyindən sui-istifadə edən ərəblər, Avropada və digər Qərb dövlətlərində edə bilmədiklərini, ölkəmizdə açıq şəkildə edirlər və bu da istər- istəməz xalqımızda ərəblərə qarşı ikrah hissi yaradır. Lakin ən böyük ikrah hissini yaradan təkcə ərəblərin hərəkətləri deyil, həm də onlardan pul qoparmaq naminə min hoqqadan çıxan bizimkilərdir.

Əlbəttə, bunların şəxsən mənə heç bir aidiyyəti yoxdur. Məni əndişələndirən bu ərəblər sayəsində ölkəmizin dünyada restoranlar, taksilər və fahişələr ölkəsi kim tanınmasıdır. Necə ki, sosialist inqlabına qədər Kubanı Amerikanın fahişəxanası adlandırıblar. Bu baxımdan ərəbin də canı cəhənnəmə!

Burada bizi düşündürən əsas məsələ ərəbləri bu xidmətlə təmin edən fahişə boslarıdır. O boslar ki, onlar üçün puldan üstün heç bir dəyər yoxdur. Pul bu insanların gözlərini elə tutub ki, namus, qeyrət, milli və mənəvi dəyərlər kimi məsələlər ikinci plana keçib.

Onu da qeyd edim ki,"Restoranlar, taksilər və fahişələr şəhəri" ifadəsi də mənə yox, təxminən 15 il əvvəl ölkəmizdə səfərdə olan Kanadalı qonaqlara məxsusdur. Yadınızdadırsa, o dövrdə ölkəmizə səfərə gələn qonaqlardan ölkəmiz barədə fikirləri öyrənmək bir növ dəb halını almışdı. Bakı haqqında fikirlərini bölüşən Kanadalı qonaqlar da, Bakını restoranlar, taksilər və fahişələr şəhəri adlandırmışdılar.

Son 15 ildə Bakı çox dəyişib, ölkəmizə qonaq gələn əcnəbilər də etiraf edirlər ki, şəhərimiz çox gözəldir. Son illər şəhərdə çox böyük abadlıq-quruculuq işləri görülüb. Şəhərin siması tamamilə dəyişib, Avropalaşıb. Restoranların, otellərin, bar və kafelərin sayı, görkəmi də dəyişib. Lakin təəssüflər olsun ki, restoranlar, taksilər və fahişələr ayaması hələ də qalır. Bu da istər-istəməz bizim həm bir millət, həm də dövlət kimi imicimizə ciddi zərbə vurur.

Yenə də deyirəm, məni narahat edən nə restoranlardır, nə də taksilər. Məni narahat edən fəhişələr şəhəri ayamasıdır. Nədən, nə üçün ölkəmiz fahişələr ölkəsi kimi tanınmalıdır? Nə üçün qadın çörəkpulu üçün bədənini satmalı, daha doğrusu icarəyə verməlidir, özü də kimə, necə gəldi?

Biz qadın dedikdə, ona müqəddəs bir varlıq kimi baxırıq, çünki anamız, bacımız, həyat yoldaşımız, qızımız da qadındır. Qadına hər zaman ailənin, nəslin, soy-kökün, millətin namusu kimi baxılıb. Qadın evin sütunu, ailə ocağının qoruyucusu kimi tanınıb hər zaman.

Bəyənmədiyimiz sovet dönəmində belə, Qafqaz, ələlxüsus da Azərbaycan qadınına xüsusi diqqət olub. Heç kim onun yanında artıq-əskik danışmağı özünə rəva bilməyib. Azərbaycan qadını tarlada, zavodda, fabrikdə xarüqələr yaradıb. Yüzlərlə, minlərlə Azərbaycan qadını elmin bütün sahələrində öz güclərini, intellektləri bütün düyaya nümayiş etdirə biliblər. Böyük vətən müharibəsində Azərbaycan qadını həm ön cəbhədə, həm də arxa cəbhədə kişilərlə bərəbər mübarizənin ön xəttində olublar. Ölkəmizin müstəqilliyi uğrunda mübarizə aparanlar arasında da minlərlə qız-gəlinimiz öz şücaətlərini göstəriblər.

Müstəqillik əldə etdikdən sonra nə oldu ki, qadınlarımızın sorağı İrandan, Pakistandan, Dubaydan, Hankonqdan gəlməyə başladı? Başladı nə başladı, bütün polis məlumatlarında azərbaycanlı fahişələrin adları qırmızı xəttlə keçdi. Bizlər isə susmağa üstünlük verdik, sanki belə də olmalıdır.

Son günlər ərəb turistlərin azərbacanlı fahişələr tərəfindən SPİD xəstəliyinə yoluxdurma xəbərləri dünyanın hər yerinə yayıldı. Bu heç şübhəsiz ki, ərəblərin bizə arxadan vurduqları zərbə idi. Burada söhbət heç də ölkəmizdə mövcud olan fahişə bolluğundan getmir.

 Fikir verdinizsə, mən yazıda bir dəfə də olsun "yüngül əxlaqlı qadınlar" ifadəsini işlətmədim. Çünki əxlaqın yüngülü, ağırı olmur. İnsan istər qadın olsun, istər kişi ya əxlaqlı olur, ya da əxlaqsız. Öz bədənini hansısa səbəbdən hərraca çıxaran, icarəyə verən qadının isə sadəcə bir adı var, fahişə.

Məlumdur ki, dünyanın bir çox ölkələrində bu tip qadınların dəqiq statistikası aparılır, onlardan vaxtaşırı həkim müayinəsindən keçmələri tələb olunur. Məsələn, Fransada bu tip qadınların şəxsiyyətini təsdiq edən sənəddə peşəsinin fahişə olduğu qeyd olunur. Bizdə isə bütün bu pislikləri görməzdən gəlmək, daha asan yol kimi qəbul olunub. Yəni, ölkəmizdə rəsmən nə fahişə var, nə də fəhişəxanalar. Bu isə o demək deyil ki, ölkəmizdə bu problem yoxdur. Son olaylar da onu göstərdi ki, ölkəmizdə bu problem var və artıq sosial bəlaya çevrilməkdədir.

 Mən o fikirləri də qəbul edirəm ki, qadınları bu yola sürükləyən problemlərdən biri, sosial vəziyyətlərinin ağır olmasıdır. Eyni zamanda bunu birmənalı olaraq qəbul etmək də mümkün deyil. Çünki, bu qadınlardan daha ağır və çətin vəziyyətdə yaşayanlar var və onlar fahişəliklə məşğul olmağı əsla ağıllarına belə gətirmirlər. Mənə elə gəlir ki, fahişəlik ilk növbədə asan qazanc əldə etməyə çalışanların yoludur. Əslində, fahişəlik heç də asan iş deyil və sadəcə olaraq ilk baxışdan belə görünür. Məncə, əsas səbəb onların müxtəlif kriminal qrupların təsiri altına düşmələridir. Bunu sübüt edən bir çox faktlar zaman-zaman ölkə mətbuatında işıq üzü görüb.

Onu da qeyd edim ki, bu pisliklərin qarşısının alınması üçün dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilməlidir. Çünki ölkəmizdə sırf qadınların problemləri ilə məşğul olan dövlət komitəsi fəaliyyət göstərir. Bundan əlavə ölkəmizdə qadın hüquqlarının müdafiəsi ilə məşğul olan onlarla qeyri-hökumət təşkilatları (QHT) var ki, onlar da bu işdə dövlətə dəstək verə bilərlər. Lakin çox təəssüflər olsun ki, onların bu sahədə fəaliyyətləri əsla hiss olunmur.

Əslində bu təşkilatlar xüsusi layihələr hazırlamalı, həmin layihələrin həyata keçirilməsi üçün həm dövlət, həm də hüquq- mühafizə orqanları onlara dəstək verməlidirlər.

Əgər bu gün şəhərimizin küçələri, yol kənarları, restoranlar, otellər, barlar və kafelər bu tip qadınlarla doludursa, həmin qurumlar hansı işlərlə məşğuldurlar? Yaddan çıxarmaq olmaz ki, istər qadın, istər "kişi" fəhişələr sosial bəla olmaqla yanaşı, həm də denefondumuza vurulan ciddi zərbədir.

Bu barədə düşünmək, vəziyyətdən çıxış yolu tapmaq heç də ərəb bloqqerin yazdıqlarını təkzib etməklə bitmir.

Bu problem ölkəmizdə artıq sosial bəlaya çevrilir və onun ciddi araşdırılmasına ehtiyac var.

Ərəb "xoruzlarının", İran "ayğırlarının" Azərbaycana ayaq açmasına səbəb olan bu fahişələr, həm də ciddi xəstəliklərin daşıyıcıları olaraq, böyük təhlükə mənbəyidirlər.

Bu pislikdən qurtulmağın bir yolu da, fahişəliyin leqallaşdırılmasıdır. Digər bir yol fahişələrin ciddi statistikasını aparmaqla onları qeydiyyata almaq, bu yola sövq edən problemləri öyrənməklə, reablitasiyaları üçün tədbirlər görməkdir. Bunun üçün dövlətlə yanaşı, hər birimiz əlimizdən gələni etməliyik ki, yad "xoruzlar" hinimizə girib, bəzəndə orda ölməzdilər meydan sulamasınlar.

0.14168000221252