“Kommersant.az” xəbər verir ki, sözügedən MTK Sumqayıtın 9-cu mikrorayonunda 2 otaqlı studio mənzilləri illik 7%-lə aylıq 259 manat ödənişlə satışa çıxarır.
Müraciət edən müştərilər isə aylıq 259 manat deyil, 415 manatlıq aylıq ödənişlə üz-üzə qalırlar. Belə ki, qeyd olunan mənzilin 1 kvadrat metri 1.224 manat təşkil edir.
Hesablamalara əsasən illik 7%-lə 25 illik 2 otaqlı mənzilin ümumi dəyəri 73 min 444 manat, ilkin ödəniş 14 min 689 manat, aylıq ödənişi isə 415 manat təşkil edir.
“Kristal Abşeron MTK”dan şikaytəci olan alıcıların sözlərinə görə, "Kristal Abşeron”un 60 kvadrat metr sahəsi olduğu dediyi mənzil, bəzi şirkətlərin 50 kvadrat metrlik mənzilindən kiçikdir. Bu, mənzilin sahəsinin çöldən-çölə hesablanması və hətta şaxtanın da kvadrata daxil edilməsi ilə bağlıdır.
Ümumiyyətlə, Azərbaycanda tikinti sektoru qanunsuzluğun ən çox qeydə alındığı, müştərilərin aldadıldığı sektorlara başçılıq edir. İmkan verməyin ki, bir sıra işbazlar sizin əlacsızlığınızdan, imkansızlığınızdan və məlumatsızlığınızdan istifadə edib qaz vurub qazan doldursunlar.
MilliYol.Az