Dövlət,
cəmiyyət
və millət...

 

Riyakar, yalançı və yaltaq
millət ola bilərmi?

 Biz millətçi və liberal dəyərlərə malik olmağımızdan asılı olmayaraq, millət məfhumları dünya sivilizasiyasının inkişafında hələ də əsas rola malikdir. Təkcə onu qeyd etmək kifayətdir ki, dünyanın 200-dən çox ölkəsinin böyük əksəriyyəti milli dövlətlərdir. Politologiyadan məlumdur ki, hər hansı bir etnosun millət kimi tamamlanması üçün onun dövlət qurması gərəkir.

Dövlət qurulana qədər millət olacaq etnos təbii inkişaf mərhələsi keçir, lakin dövlət qurulduqdan sonra millətin inkişafı dövlətin onu necə bəsləməsindən asılı olur. Yəni, millət dövlətin təsirləri altında müsbət, yaxud mənfi keyfiyyətlər qazana bilər. Həmişə demokratiyanın millətdən asılı olmadığını idda edənlər, Şimali və Cənubi Koreyanı misal gətirirlər. Əlbəttə, millət insanların nisbi təsnifatıdır, insan millət nümayəndəsi kimi doğulmur, fərdlər doğulandan sonra, onu əhatə edən mühitin təsiri altında milliləşir. Lakin yuxarıda qeyd etdiyimiz kimi, dövlət yarandıqdan sonra millətin inkişafında onun təsirləri böyük və daha şiddətli olur.

Məsələn, biz erməniləri riyakar, yaltaq, rəzil və alçaq millət adlandırırıq. Axı nəzəri baxımdan bütün xalq bu cür keyfiyyətlərə malik ola bilməz, amma reallıq onu göstərir ki, belə bir xalq və ya millət yaranıb. Bəllidir ki, ermənilərin yaşadığı dövlət olaraq Ermənistan Azərbaycan dövlətinin ərazisində yaranıb. Dövlət öz vətəndaşlarına bu həqiqəti etiraf etməyi qadağan edir, əvəzində onları dövlətləri haqqında yalançı tarix uydurmağa məcbur edir. Məsələn, Ermənistanda kim çıxıb desə ki, Laçın, Kəlbəcər, Şuşa yaxud, ümumiyyətlə Qarabağ Azərbaycan torpaqlarıdır, həmin adamı dərhal məhv edərlər.

Baxmayaraq ki, bu real həqiqətdir - beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan sərhədləri daxilində tanınan ərazilərdir. Yaxud da, Ermənistanda işğad faktını etiraf edən erməni, bir saat belə, bu ölkədə yaşaya bilməz, ya ölməli, ya da ölkədən çıxmalıdır. Beləcə, bu reallıqdır ki, hər bir millətin və xalqın içində yaxşısı da var, pisi də, amma çəkdiyimiz misaldan da göründüyü kimi, dövlət millətin haqqı deyənini, düzgünlüyü və dürüstlüyü tələb edən kəsimini sıxışdıraraq sıradan çıxarır, yalançı, riyakar və yaltaqları isə bəsləyir, irəli çəkir.

Belə olan halda cəmiyyətə, yalnız belə insanlar çağrış etmək imkanına milk olur, onlar isə öz xislətinə uyğun tezislərlə çağrış edir. Ona görə də, cəmiyyətdə çoxluq təşkil edən abıvatel səviyyəli fərdlər dövlətin bəsləyib, önə çəkdiyi həqiqət, dürüstlük və şəffaflıq düşmənlərinin təsiri altın düşür. Cəmiyyətdə belə bir tendensiya inkaşaf edir ki, yalan danışmasan, yaltaqlanmasan, haram yeməsən, yaşaya bilməzsən. Son nəticədə isə riyakar, yalançı, yaltaq və cılız bir millət yaranır.

Demokratik və ya normal cəmiyyətlərdə isə dövlət cəmiyyətə qucaq açır, reallığa, dürüstlüyə və şəffaflığa üstünlük verir və bu keyfiyyətlərə daha çox malik olan personaları önə çəkir, bu səbəbdən də, onların cəmiyyətə çağrışlar etmək imkanları daha çox olur. Onlar isə öz təbiətinə uyğun çağrışlar etdiyindən cəmiyyətin abıvatel hissəsi onların tezisləri ilə maariflənir. Nəticədə cəmiyyətdə daha çox insan qeyd edilən keyfiyyətlə silahlanır və ədalətli, reallığı, dürüstlüyü və şəffaflığı sevən millət formalaşır.

Deməli, nəticə olaraq qeyd edə bilərik ki, müasir dünyada gedən proseslər demokratik rejimlərdə xalqa nə qədər müsbət keyfiyyətlər əlavə edirsə, avtoritar rejimlər ona bir o qədər mənfi keyfiyyətlər aşlayır, milləti polada yox, plastilinə çevirir - istədikləri vaxt ondan "pələng", istədikləri vaxt isə "pişik" düzəldir.

0.14872002601624