Peşəkar həkim, qayğıkeş
və səmimi insan

 

Sağ olun, Səriyyə həkim!

 Oxucuları əvvəlcə mövzumuzun qəhrəmanı ilə yaxından tanış edək:

Həkim Tanrıverdiyeva Səriyyə Arif qizi. 1987-ci ildə Baki şəhəərində anadan olub. Orta təhsilini də doğulduğu şəhərdə alıb. 2004 - 2010-cu illərdə Azərbaycan Tibb Universitetinin mualicə- profilaktika fakültəsində təhsil alıb və müvəffəqiyyətlə bitirib. 2011- ci il Psixatriya ixtisasi uzrə interna diplomu alıb. Həmin vaxtdan 1 sayli Respublika Psixatriya Xəstəxanasında həkim vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

2017-ci ildə Səhiyyə Nazirliyinin Sertifikasiya Şəhadətnaməsini alıb.

2018-ci ildə Səhiyyə Nazirliyinin BMJ jurnalı üzrə sertifikasiya alıb.

Xəstə Əhmədov Rəhim Əlikişi oğlunun Səriyyə həkim barədə dedikləri:

 -Səriyyə həkimlə 2016-cı ildən, yəni təkrar müalicə almaq məqsədilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına düşdükdən sonra tanış olmuşam. Bundan əvvəlki müalicə dövrlərində başqa həkimlərin nəzarəti altında müalicə aldığıma görə, Səriyyə həkimlə tanışlığım yox idi. Artıq iki ildən çoxdur ki, müalicəmi Səriyyə həkim aparır. Həkim haqqında yalınız xoş sözlər deyə bilərəm.

Səriyyə həkim xəstələrə qarşı çox diqqətlidir. Apardığı müalicə böyük effektə malikdir. Bundan əlavə, bildiyiniz kimi, həkimin müalicəsi ilə yanaşı, onun xəstəyə fərdi yanaşması, xəstə ilə təmasını düzgün qurması da, müalicənin səmərəli olmasında böyük rol oynayır. Bu baxımdan, Səriyyə həkim gənc olmasına baxmayaraq, olduqca yüksək təcrübəyə malikdir.

Xəstəxananın 16-cı bölməsində Səriyyə həkimə böyük hörmət var. O, bu hörməti zəhməti ilə qazanıb. Əlbəttə, psixi çatışmazlıqları olan xəstələri müalicə etmək xüsusi peşəkarlıq tələb edir. Səriyyə həkim isə öz insani və peşə xüsusiyyətləri ilə bu ağır işin öhdəsindən bacarıqla gəlir və xəstələrin böyük hörmətini qazanıb.

Səriyyə xanımın həm peşəkar həkim, həm də qayğıkeş və səmimi insan kimi müsbət keyfiyyətlərindən çox danışmaq olar. Onun yüksək insani keyfiyyətləri həm də müalicənin səmərəliliyini və keyfiyyətini artırır, eyni zamanda xəstələrin bir həkim kimi ona olan inamları artır. Belə həkimlərin qədrini bilmək biz xəstələrin borcudur.

Və sonda mənim müalicəmdə çəkdiyi zəhmətə görə Səriyyə həkimə təşəkkür edirəm. Həyatda və işlərində uğurlar arzulayıram. Onun diqqət və qayğısı sayəsində artıq sağlamlığımı bərpa etmişəm.

Biz də xəstənin təşəkkürlərinə və xoş sözlərinə qoşuluruq, Səriyyə həkimə şəxsi həyatında, ailədə və həkimlik fəaliyyətində böyük uğurlar arzu edirik.

Murtuza Abbasov

0.15555310249329