Türk dövlətlərinin birlik nümayişi 

 

Hələ 2009-cu ildə Türk Dövlətləri Təşkilatı yaranan zamanda İlham Əliyev onun Azərbaycan, region və  dünya üçün strateji mənfəətlərini hesablamışdı. İndi TDT regional sülhü və təhlükəsizliyi qarantiya altına ala biləcək dəyər qazanıb. 

Noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirildi. TDT-nin ali sammitində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etdi. 

TDT-də Azərbaycan-Türkiyə gücü

Azərbaycan və Türkiyə TDT-nin aparıcı qüvvəsidir və bu iki strateji müttəfiq Rusiya, Çin və Qərb arasındakı çəkişmə fonunda təşkilatın qələbəsini ərsəyə gətirir. Qazaxıstan, Qırğızıstan, Özbəkistan kimi Mərkəzi Asiya regionunu əhatə edən dövlətlər isə tamhüquqlu üzv kimi Bakı ilə Ankaranın strateji müttəfiqliyinin formalaşdırdığı regional nizama uyğunlaşma rejimindədirlər. Bütün bunlar həm TDT-yə üzv dövlətləri, həm də müşahidəçi statusunda olan ölkələri ikitərəfli, çoxtərəfli qaydada qarşılıqlı məsuliyyət əsasında maraqlı tərəflərə çevirir. Bununla yanaşı, TDT təkcə iqtisadi-siyasi resursların cəmləşdiyi məkanın da fövqündə bir status qazanır. Qlobal nüfuz dairələrinin format olunduğu bir dövrdə TDT iqtisadi portfellə yanaşı, siyasi-ideoloji həmrəylik, vahid milli birlik, ortaq hərbi qüdrətin yaradılması yönündə geostrateji təşkilata çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Bişkekdəki görüşündə Bakı ilə Ankaranın strateji müttəfiqliyinin TDT-də daha da irəliyə aparılması istiqamətində müzakirələrin getdiyini deyə bilərik. 

Azərbaycanla Türkiyənin müştərək maraqlarını önə çəkərək TDT-nin ürəyinə yerləşdirməsi bütün region və beynəlxalq geosiyasi səhnə üçün əhəmiyyətli uğurlar gətirir. Beləliklə, TDT regional çərçivələri də keçərək qlobal kredo hazırlayır və Rusiya, Qərb və Çin qarşıdurması fonunda alternativ əməkdaşlıq platformasına xitab edir. İndi həm Pekin, həm Moskva, həm də Avroatlantik region xitab edilən platformada öz vitrinlərini qurmaqda maraqlıdırlar. 

İlham Əliyevin dərin strateji düşüncəsi 

TDT-nin formalaşmasında və özünü geosiyasi nizama yerləşdirməsində Azərbaycan lideri İlham Əliyevin strategiyası və iti zəkası böyük rol oynayıb. Bişkekdə İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilməsi onun şəxsiyyətinə və strateji zəkasına verilən qiymət kimi dəyərləndirilə bilər. 

Qeyd edək ki, İlham Əliyev hələ Qarabağ münaqişəsi zamanında Cənubi Qafqaz regionunda və ondan kənarda baş verən hadisələrin Azərbaycana  dərinləşməsinə maraq göstərəcək. 

COP29-dan sonra Qərbin Azərbaycanın enerji resurslarına olan marağı və onların idxalını artırmaq planları səbəbindən Bakının mövqeləri daha da güclənəcək. Bu, TDT-nin strateji aktivlərinə əlavə portfel verəcək. 

Aqşin Kərimov

0.16609191894531