COP29-un "Yaşıl Zona"sı noyabrın 11-də fəaliyyətə başlayacaq

 

"Yaşıl Zona" öz fəaliyyətinə noyabrın 11-də başlayacaq və ictimaiyyətə açıq olacaq.

Demokratikmusavat.com xəbər verir ki, bunu COP29 Tərəfdaşlarla əlaqələr sektorunun müdiri Leyla Mahmudova söyləyib.

Onun sözlərinə görə, "Yaşıl Zona"nın ümumi ərazisi 37 min 500 kvadratmetrdir:

"Burada 56 ədəd pavilyon, həm xarici, həm yerli şirkətlərə, eləcə də dövlət sektorlarına məxsus vahid stendlər olacaq".

Sektor müdiri bildirib ki, ərazidə dörd ədəd konfrans otağı var:

"Onlardan biri 200, digəri isə 370 nəfərlikdir. Burada 18 ədəd ikitərəfli görüşlər üçün otaqlar, üç min nəfərlik yemək zonası və “Ekstrem Hənqaut” ərazisi olacaq. Bu Zonada həm QHT, həm xarici, həm yerli şirkətlər və dövlət qurumlarının gündəlik tədbirləri təşkil ediləcək. Bu tədbirlər hamısı iqlim dəyişikliyi və dayanıqlıqla bağlı mövzulara aid olacaq”.

L.Mahmudova vurğulayıb ki, artıq “İticket” platformasında "Yaşıl Zona"ya daxil olmaq üçün pulsuz biletlərin verilməsinə başlanılacaq.

 

0.19920206069946