Məşhur kriptovalyuta şirkətinin direktoru qaçırıldı - Detallar

 

Kanadalı kripto şirkəti "WonderFi”in direktoru Torontoda qaçırıldı, 1 milyon dollar fidyə ödədikdən sonra sərbəst buraxıldı.

Demokratikmusavat.com Valyuta.Az-a istinadən xəbər verir ki, Skurka iş saatlarının pik vaxtında şəhər mərkəzində avtomobilə zorla mindirilərək naməlum şəxslər tərəfindən oğurlanıb və yalnız fidyə olaraq 1 milyon dollar ( Kanada dolları) məbləğini elektron formada ödədikdən sonra xəsarət almadan azad edilib.

"WonderFi” CEO-su, kriptovalyuta sahəsində zorakı oğurluq hadisəsi ilə üzləşən son tanınmış şəxslərdən biridir. Təhlükəsizlik şirkətinin CBC-yə verdiyi məlumata əsasən, bu, kriptovalyutanın oğurlanması məqsədilə törədilən 171-ci fiziki zorakılıq hadisəsidir.

Hadisədən bir gün öncə Skurkanın rəhbərlik etdiyi şirkət üçüncü rüb üzrə maliyyə hesabatını açıqlayaraq son doqquz ayda 41 milyon Kanada dolları gəlir əldə etdiyini bildirmişdi.

"WonderFi” şirkəti, məşhur "Shark Tank” televiziya proqramının həmsahibi Kevin O'Leary tərəfindən dəstəklənir və "Cointelegraph”ın məlumatına görə, Kanadada ictimaiyyətə açıq ən önəmli kripto şirkətlərindən biridir.

Qeyd edək ki, bitkoinin qiyməti bu həftə 76 min dolları keçərək yeni rekord səviyyəsinə çatıb.

 

0.14878821372986