8 Noyabr - Zəfər Günü münasibətilə Xankəndi şəhərində hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü keçirilir.
Demokratikmusavat.com xəbər verir ki, Xankəndi şəhərinin girişindən başlanan yürüş Zəfər meydanınadək davam edəcək.
Yürüşdə Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, ərazidəki dövlət qurumlarının rəhbərləri və əməkdaşları, Qarabağ Universitetinin müəllim və tələbələri, Xankəndi şəhərində yaşayan insanlar iştirak edirlər.