"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlandı

 

Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar noyabrın 8, 9 və 10-u bütün "ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Demokratikmusavat.com -a "ASAN xidmət"dən məlumat verilib.

Belə ki, noyabrın 11-dən vətəndaşlar Bakı şəhərində yerləşən 2 və 5 saylı "ASAN xidmət" mərkəzləri istisna olmaqla (14 noyabr tarixinədək) digər mərkəzlərə müraciət etməklə xidmətlərdən yararlana bilərlər.

Noyabrın 11, 12 və 13-ü hazır sənədlərini 2 saylı Bakı "ASAN xidmət" mərkəzindən əldə etməli olan vətəndaşlar 6 saylı Bakı "ASAN xidmət" mərkəzinə, 5 saylı Bakı "ASAN xidmət" mərkəzindən əldə etməli olan vətəndaşlar isə 7 saylı Bakı "ASAN xidmət" mərkəzinə müraciət edə bilərlər.

 

0.15404081344604