Mərkəzi Nəbatat Bağında təmir-yenidənqurma işləri başa çatmaq üzrədir.
Bu barədə Demokratikmusavat.com -a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, işlərin qısa müddətdə, keyfiyyətlə bitirilməsi məqsədi ilə əlavə işçi qüvvəsi cəlb edilib və təcrübəli landşaft dizaynerləri, ekoloji mütəxəssislər tərəfindən yaşıllıq işlərinin aparılması nəzarətdə saxlanılır.
Mərkəzi Nəbatat Bağının ayın sonunda istifadəyə verilməsi nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin sərəncamı ilə ötən ildən 46 ha sahəsi olan Mərkəzi Nəbatat Bağında əsaslı təmir-yenidənqurma işlərinə başlanılıb. Bağın 1937-ci ildə tikilmiş inzibati binası əsaslı təmir edilib, parkın ərazində yerləşən Botanika İnstitutunun inzibati binası isə sökülərək yenidən tikilib. Parkda müasir tipli oranjereyaya inşa edilib, oranjereya isitmə, soyutma və nǝmləndirmə avadanlıqları ilə təchiz olunub. Ərazidə göl kompleksi, dünyanın müxtəlif nadir bitki növləri üçün istixanalar tikilib. Yerdən 3 metr hündürlüyündə əlillər üçün müəssər körpü və hər iki qiriş qapısını birləşdirən piyada yolu salınıb.