BDU-nun nəzdindəki İqtisadiyyat və Humanitar Kollecdə özbaşınalıq

 

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində özbaşınalıq hökm sürür. 

Bu barədə bir qrup valideyn sosial mediada məlumat yayıb. 

Onlar bildiriblər ki, kollecdə tam bir anarxiya hökm sürür, tələbələrlə kobud davranılır, hətta bəzən onların çantaları, şəxsi əşyaları yoxlanılır. 

Buna etiraz edən tələbələri isə kollecdən qovmaqla hədələyirlər. 

Valideynlər bildiriblər ki, dəfələrlə bu kimi neqativ hallarla bağlı Kollecin direktoru Səhər Orucova ilə əlaqə saxlanılsa da, o, valideynləri də kobud şəkildə kollecdən uzaqlaşdırıb.

Onların sözlərinə görə, kollecin fəaliyyəti ilə bağlı mediada gedən araşdırmalar da ürəkaçan deyil, burada heç bir şəffaflıq yoxdur. Ona görə də valideynlər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə müraciət etməyi planlaşdırırlar. 

Şikayətlə bağlı Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecindən və BDU-dan münasibət almaq mümkün olmayıb.

AnaXeber.info

0.17774891853333