Türkiyənin Trabzon şəhərində yaşayan 64 yaşlı şəxs qarın ağrısı şikayəti ilə xəstəxanaya müraciət edib.
Demokratikmusavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, yeriməkdə də çətinlik çəkən H.O kompüter tomoqrafiyasından keçib. Yoxlama nəticəsində xəstənin qarnında böyük kütlə aşkarlanıb və o, təcili cərrahiyyə əməliyyata götürülüb.
Həkimlər əməliyyatla onun qarnından 26 kilo ağırlığında nəhəng şiş çıxarıblar.
Şişin böyük ehtimalla, sol böyrəkdə yarandığı bildirilib.
Xəstə ehtiyat tədbiri olaraq reanimasiyaya yerləşdirilib.