Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - FOTO

 

Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsindən ayrılıb.

Demokratikmusavat.com APA-ya istinadən bildirir ki, sözügedən şöbənin müdiri Vüqar Məcidli işdən çıxıb.

Nazirlikdən məlumatı təsdiqləyiblər və bildirilib ki, hələlik bu vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, V. Məcidli 2015-ci ildən nazirliyin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsində çalışıb.

0.18900203704834