Xaricdən məhsul sifariş etdi, içindən zəhərli əqrəb çıxdı - VİDEO

 

İngiltərədə yaşayan 18 yaşlı Sofia Alonso-Mossinqer populyar alış-veriş saytı “Shein”dən özünə onlayn ayaqqabı sifariş edib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, özünə qış ayaqqabısı sifariş edən tələbə qutunu açdıqda şoka düşüb.
O, qutunu açan zaman içərisindən zəhərli əqrəb çıxıb.

Qorxaraq qışqırmağa başlayan qızın köməyinə otaq yoldaşı zoologiya tələbəsi olan Oliver Ceyms çatıb.O, əqrəbi tutaraq qutunun içərisinə qoyub.
Nə edəcəklərini bilməyən tələbələr qutuda dəliklər açaraq əqrəbə su veriblər.

Tələbələr daha sonra Sürünənlərin Rifahı Milli Mərkəzinə (NCRW) zəng edərək kömək istəyiblər.

Mərkəz qutudan çıxan əqrəbin “Olivierus martensii” cinsinin bir növü olduğunu, el arasında Çin əqrəbi kimi tanındığını bildirib.
Həmçinin qeyd edilib ki, bu növdən olan sancmalar adətən böyüklərdə həyat üçün təhlükə yaratmasa da, lakin ciddi narahatlıqlara səbəb ola bilər.

Mərkəzin açıqlamasında bunun son bir ayda ikinci oxşar əqrəb hadisəsi olduğu da öz əksini tapıb.

Bu da onlayn alış-veriş zamanı təhlükəsizlik məsələsini gündəmə gətirib.

Məlumata görə, "Shein" hadisəni araşdırır.

Billurə

0.15324687957764