"Şinkar Holding" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində siyasi, sosial və əmək hüquqları əleyhinə olan (Əmək qanunvericiliyinin pozulması) inzibati xəta protokolu tərtib olunub.
Demokratikmusavat.com Qaynarinfo-ya istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə irəli sürülüb.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun icraatındadır.
Qeyd edək ki, "Şinkar Holdinq" rəhbəri məşhur iş adamı Ələsgər Mehdiyev Fərrux oğludur.