Türkiyədə ötən gün cənazə namazı zamanı gözlənilməz hadisə baş verib.
Demokratikmusavat.com xəbər verir ki, İstanbulun Fatih rayonunda məsciddə 89 yaşlı Halit Bayşunun cənazə namazı qılınarkən tabutdan səslər gəlməyə başlayıb.
Bundan sonra dərhal əraziyə təcili tibbi yardım briqadası çağırılıb.
H.Bayşu xəstəxanaya aparılsa da, bütün müdaxilələrə baxmayaraq ölüb.
Ölən şəxsin qardaşı oğlu Osman Bayşu yaşananlarla bağlı bunları deyib:
“İnsan öldükdən sonra canlı-canlı məzara qoymaq buna deyirlər. Amma ölməyən insanı məzara qoyurlar. Danışa bilmirəm, çünki deyiləcək söz yoxdur, qalmadı. Tabutdan səslər gələn kimi təbii ki, insanlar panika içərisində qaçışır və əmimizin ölmədiyi üzə çıxır. Sən demə, ölməyib, “öldü” deyib onu aparatdan ayırıblar”.
Prokurorun onlara “tamamilə haqlısınız” dediyini bildirən Osman Bayşu xəstəxanaya qarşı məhkəmə qarşısında iddia qaldıracaqlarını bildirib.
Halit Bayşunun oğlu Yiğit Bayşu da yerli mediaya danışıb:
"Həkim dedi ki, həyatımda ilk dəfədir belə bir şey görürəm. Təcili yardımda olan dostlar da video çəkiblər. Biz də həyatımızda ilk dəfədir belə bir şey görürük. Bunun bir izahı olmalıdır”, - deyə o söyləyib.