Azərbaycan və Braziliya Anlaşma Memorandumu imzalayıb

 

Azərbaycan və Braziliya arasında iqlim tərəfdaşlığı üzrə Anlaşma Memorandumu imzalanıb.

Demokratikmusavat.com xəbər verir ki, saziş Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransı (Pre-COP29) çərçivəsində imzalanıb.

Sənədi COP29-un baş danışıqçısı Yalçın Rəfiyev və Braziliya xarici işlər nazirinin iqlim, enerji, ətraf mühit üzrə müavini Andre Korrea do Laqo imzalayıb.

Memorandumun məqsədi COP29-un keçiriləcəyi Azərbaycan və COP30-a ev sahibliyi edən Braziliya arasında qlobal iqlim təşəbbüslərinin və dayanıqlı inkişafın təşviqi üçün əməkdaşlığı inkişaf etdirməkdir.

0.15606498718262