Vəhşi çöl donuzları Aydının Kuşadası rayonunda şəhər mərkəzini basıblar.
Demokratikmusavat.com xəbər verir ki, ac donuzlar insanlara əhəmiyyət vermədən Kuşadasının şəhər mərkəzində qalaqlanmış zibil qablarında və parklarda, yol kənarlarındakı yaşıllıq zolaqları qazaraq yemək axtarıblar.
Onların bu hərəkətləri ətrafdakı insanların təccübünə səbəb olub və həmin anı lentə alıblar.
Heyvanlar insanların yaxınlaşmasına heç bir reaksiya verməyiblər.
Mürtəza
Demokratikmusavat.com