Dağıstanda Rusiyaya giriş istiqamətində Azərbaycanla sərhəddə yerləşən portal təftiş-yoxlama kompleksinin (PTYK) təmiri başa çatıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyi yanında “Rosqranstroy” Federal Dövlət Hökumət Qurumunun (FDHQ) saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, Dağıstanın Azərbaycanla sərhədində yerləşən Tahirkənd-Qazmalar avtomobil buraxılış məntəqəsində Rusiya ərazisinə daxil olmaq üçün portal təftiş-yoxlama kompleksinin (PTYK) bərpası üzrə təmir işləri başa çatıb.
Qeyd olunur ki, PTYK-nın Rusiyadan çıxış istiqamətində təmir işlərinin başa çatması barədə “Rosqranstroy” FDHQ-nin rəsmi teleqram kanalında əlavə məlumat veriləcək.