Rusiyada DİN-in binasında terrora CƏHD EDİLDİ

 

Rusiyanın Daxili İşlər Nazirliyinin Smolensk vilayəti üzrə binasında terror aktı törətmək cəhdinin qarşısı alınıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Rusiya FTX-nin (FSB) ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Bildirilib ki, bir nəfər sənədləri olan qovluq adı altında əldəqayırma partlayıcı qurğunu gizli yolla DİN-in binasına keçirməyə cəhd edib.

Terror aktını törətməyə cəhd edən şəxs saxlanılan zaman yaralanıb.

0.14955401420593