Yaponiya hökuməti özünün qlobal yerləşdirmə sistemi QZSS üçün peyklərin sayını iki dəfədən çox artırmağı planlaşdırır.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hazırda sistemə dörd Mitibiki peyki daxildir və 2026-cı ilə qədər onların sayının 7-yə, 2030-cu illərin sonuna isə 11-ə çatdırılması planlaşdırılır.
Peyklərin sayının artırılmasının Yaponiyanın xarici mövqeləşdirmə sistemlərindən asılılığını azaltmaq məqsədi daşıdığı vurğulanır.