Minə yaxın insan meymunçiçəyindən öldü - əksəriyyəti uşaqlardır

 

Konqo Demokratik Respublikasında (KDR) bu il “mpox” (meymunçiçəyi) xəstəliyinə yoluxma hallarının sayı 30 mini keçib, minə yaxın insan ölüb.

Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Samuel Roje Kamba bildirib.

“2024-cü ilin əvvəlindən bəri Konqo DR-də 31 minə yaxın “mpox”a yoluxma hadisəsi və bu virusla bağlı 988 ölüm hadisəsi baş verib”, - o deyib.

Nazir əlavə edib ki, ölənlərin 70%-i beş yaşa qədər olan uşaqlardır: “Ölkənin 26 əyalətinin hamısında mpox xəstəliyinə yoluxma halları müəyyən edilib. Konqo hökumətinin planlarına görə, 5 milyona qədər insan peyvənd olunacaq”.

0.15766310691833