Kamala Harrisin əri dünyanın ən nüfuzlu yəhudiləri siyahısına başçılıq edir.
Demokratikmusavat.com "The Jerusalem Post"a istinadən xəbər verir ki, ABŞ prezidentliyinə namizəd Harrisin əri Duqlas Emhoff dünyanın ən nüfuzlu 50 yəhudisinin reytinqinə başçılıq edir.
Qeyd olunur ki, o, Harris noyabrın 4-də keçiriləcək prezident seçkilərində qalib gələrsə, ABŞ-nin ilk centlmeni olmaq imkanına görə siyahıda birinci yerdədir.
"İkinci və üçüncü yerləri Pensilvaniya qubernatoru Şapiro və antisemitizmlə fəal mübarizə aparan amerikalı milyarder Bill Ekman tutur", - nəşr yazıb.