Rusiyada Vladimir vilayətinin Kirjaç şəhərində iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Rusiya mediası xəbər verir ki, Sosial şəbəkələrdə yayılan videoya görə, “Kaiyi” markalı avtomobilin sürücüsü ötüb, lakin döngəyə idarəetməni itirib. Bundan sonra avtomobil sürüşərək yerüstü keçid dayağına çırpılıb.
Məlum olub ki, qəza zamanı avtomobilin sürücüsü və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
İlkin məlumata görə, hadisə nəticəsində ölənlər Kirjaç rayon administrasiyasının əməkdaşlarıdır.
Rayon administrasiyasının rəhbəri Yelena Karpova Teleqram kanalında yazıb: “Həmkarlarımız, administrasiyanın əməkdaşları Eduard Malikoviç Muradov və Andrey Dmitrieviç Qribkov dəhşətli qəzada həlak olublar .
Xatırladaq ki, bundan əvvəl Sankt-Peterburqda Dairəvi yolda böyük qəza baş vermişdi. Dörd avtomobilin toqquşması nəticəsində biri hamilə qadın olmaqla 3 nəfər yaralanıb.
Ayxan